Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:51

İcra başçılarının çoxu... yaşlı kişilərdir


Azerbaijan -- a meeting of the Cabinet of Ministers - 15Jan2013
Azerbaijan -- a meeting of the Cabinet of Ministers - 15Jan2013

►Bu kateqoriyadan olan məmurların əksəriyyəti 60-ı haqlayıblar

Azərbaycanın yerli icra hakimiyyətlərinin başçıları arasında ən cavanı və ən yaşlısı şimal bölgəsinin payına düşür.

Ən yaşlı başçı 77, ən gənci 35 yaşındadır

Transparency.az bildirir ki, ən cavan icra başçısı Siyəzənə rəhbərlik edir. Bu il Siyəzənin icra başçısı Asif Hüseynovun 35 yaşı tamam olacaq. Ən yaşlı icra başçısı isə Xaçmaz rayonunun rəhbəridir - Şəmsəddin Xanbabayevin aprelin 1-də 77 yaşı tamam olacaq

İcra başçıları içində yaşı 70-i ötən xeyli məmur var . Bakının icra başçısı Hacıbala Abutalıbovla Tovuzun icra başçısı Tofiq Zeynalov 72 yaşının içindədir . Yasamal rayonunun icra başçısı İbrahim Mehdiyev isə 70 yaşındadır.

Mübariz Əhmədovun (Zaqatala) 69 yaşı var. Alı Qocayev də (Samux) bu il 69 yaşını tamamlayacaq.

Yaşı 60-ı ötmüş icra başçıları arasında digər yaşlı şəxs Xəzər rayonuna rəhbərlik edir. Gülağa İslamovun 67 yaşı var.

__________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

İsmayıllının icra başçısı Mirdaməd Sadıqovun bu il 66 yaşı tamam olacaq.Şuşanın və Hacıqabulun icra başçıları Bayram Səfərovla Əhməd Muxtarov 65 yaşdadırlar.

Sabirabadın icra başçısı Nazim İsmayılov və Qobustana rəhbərlik edən Adil Məmmədov 64 yaşın içindədir. Göyçay, Qubadlı, Xocalı və Masallının icra başçılarının bu il 63 yaşları tamam olacaq.

Sumqayıtın icra başçısı Zakir Fərəcovun 62 yaşı var. Goranboyun və Şabranın icra başçıları Nizaməddin Quliyevlə Novruz Novruzovun isə 62 yaşı bu il tamam olacaq.

Füzuli, Beyləqan, Mingəçevir, Şirvan və Qubanın icra başçıları da 60 yaşı haqlayanlar arasındadır.

Cavanlar...

Cavan icra başçıları arasında Naftalan şəhərinə rəhbərlik edən Natiq Aslanovun adını çəkmək olur. Bu il onun 40 yaşı tamamlanır.

İcra hakimiyyəti başçılarını vəzifəyə prezident təyin edir.

Buna da bax: Bakını niyə su basdı? Rəsmi açıqlama

Bakını niyə su basdı? Rəsmi açıqlama
Gözlə

No media source currently available

0:00 0:03:22 0:00

XS
SM
MD
LG