Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 19:53

Tofiq Yaqublu İlham Əliyevi ittiham edir


Tofiq Yaqublu
Tofiq Yaqublu

-

«Azərbaycanda siyasi məhbuslar probleminin arxasında şəxsən prezident İlham Əliyev durur».

Bunu Müsavat Partiyasının qərargahında keçirilən mətbuat konfransında təşkilat sədrinin müavini, keçmiş məhbus Tofiq Yaqublu söyləyib.

Onun deməsinə görə, İ.Əliyev siyasi həbsləri şəxsən özü sanksiyalaşdırır. Həmin məhbusların azad edilməsi barədə qərarları da şəxsən özü qəbul edir.

«2014-cü ilin iyununda AŞPA-nın sessiyasında İlqar Məmmədovun işi ilə bağlı sualın cavabında İlham Əliyev deyib ki, Azərbaycan Avropa Məhkəməsi hüquqi sisteminə daxildir. İlqar Məmmədovun azad edilməsi barədə qərar olarsa, o, yerinə yetiriləcək. Strasburq məhkəməsinin Böyük Palatası İlqar Məmmədovun azad edilməsi barədə məhkəmənin qərarını qüvvədə saxladığı vaxtdan AŞ Nazirlər Komitəsi dəfələrlə bu qərarın icrasına çağırsa da, o, hələ də həbsdədir», - deyə T.Yaqublu qeyd edib.

Tofiq Yaqublu 2013-cü ildə İsmayıllıda baş verən etirazlara görə həbs olunmuş, 2014-cü ildə Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il azadlıqdan məhrum edilmişdi.

O, Novruz Bayramı öncəsində ölkə başçısının əfv sərəncamı ilə azadlığa buraxılıb.

XS
SM
MD
LG