Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 17:36

Rusiya rəhbərləri niyə gəlir?


Sülhəddin Əkbər
Sülhəddin Əkbər

-

«Bölgədə danışıqların intensivləşməsinin iki səbəbi var. Biri postsovet məkanındakı ümumi regional münaqişələrlə bağlıdır. Digəri isə sırf Dağlıq Qarabağ münaqişəsi ilə».

Bunu AzadlıqRadiosuna keçmiş nazir müavini Sülhəddin Əkbər deyib.

S.Əkbərin fikrincə, artıq Qərb keçmiş SSRİ məkanında münaqişələrin həllinə qərar verib: «Demək olar ki, Cənubi Qafqazın taleyi həlledici mərhələyə daxil olub və bundan sonra Azərbaycan ətrafında gərginliyin arta bilməsinə hazır olmaq lazımdır».

O hesab edir ki, Cənubi Qafqaz uğrunda Qərb Rusiya münasibətləri son fazaya daxil olub: «Azərbaycan, Ermənistan dövlət rəhbərləri ABŞ-da Nüvə Təhlükəsizliyi Sammitində iştirak edir, Qarabağda isə gərginlik yüksəlir. Bu, Rusiyanın həm Vaşinqtona, həm Bakıya, həm İrəvana mesajı idi. Bu həmin mesaj idi ki, «burada söz sahibi mənəm»».

«QARABAĞI AZAD GÖRMƏK İSTƏYƏRKƏN…»

S.Əkbər qeyd edib ki, söhbət tək bir münaqişənin tənzimlənməsindən deyil, bütünlükdə regionun taleyindən gedir: «İndi fikir verin, ATƏT həmsədrləri Bakıda, o yandan da Rusiya XİN başçısı Bakıda, sabah isə baş nazir D.Medvedev gəlir».

S.Əkbər deyir ki, Rusiya Azərbaycanın Avrasiya İqtisadi Birliyinə daxil olmasını istəyir. Bu isə onun fikrincə, Azərbaycanın 1991-ci ildən bu yana qazandığı müstəqilliyini itirməsi demək olardı. Keçmiş nazir müavini təxmin edir ki, Rusiya münaqişə ilə bağlı Azərbaycana bəzi şirnikləndirici təklif də verir: «Onda Qarabağı azad görmək istəyərkən, bütün Azərbaycanın müstəqilliyini itirmiş olarıq».

XS
SM
MD
LG