Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 08:35

Papanın təklifi Bakıda süngü ilə qarşılandı


Fransada lesbian cütlüyün toyu
Fransada lesbian cütlüyün toyu

►​“Əgər İsa deyibsə ki, homoseksuallıq günahdır, bu məsələdə necə islahat aparmaq olar?"

Dini icma rəhbərləri Papanın islahat təklifi barədə danışır​.

Roma Papası Francis ötən cümə günü Katolik kilsəsini “cinsi oriyentasiyasından asılı olmayaraq, hər bir şəxsə ləyaqətinə görə hörmət göstərməyə” çağırıb.

Roma Papasının bu çağırışı pravoslavlar, yəhudi dini icması və müsəlman aləmində necə qarşılanıb?

“Əgər İsa deyibsə…”

Azərbaycan Yeparxiyası İdarəsinin mətbuat katibi Konstantin Pominov-un bu məsələyə münasibəti birmənalıdır:

Gözlə

No media source currently available

0:00 0:01:46 0:00
Direct-ə keçid

​“Əgər İsa deyibsə ki, homoseksuallıq günahdır, bu məsələdə necə islahat aparmaq olar? Biz özümüzü Allahdan yuxarımı sayırıq, özümüzü İsanın yerinəmi qoyuruq?!”

Konstantin Pominov deyir ki, bu, hər kəsin şəxsi işi ola bilər, ancaq bunu qanuniləşdirmək, ya kilsədə islahat aparmağın əleyhinədirlər. O, cinsi oriyentasiyasından asılı olmayaraq, hər kəsə sayğı göstərilməsini məqbul sayır: “Bir insan kimi ona hörmət edərik, amma günahına yox”, o əlavə edir.

Konstantin Pominov tolerantlıq naminə bu məsələnin qanunvericiliyə və ya dini baxışlara daşınmasını düzgün saymır. Müsahibimiz vurğulayır ki, Rus Pravoslav Kilsəsi homoseksuallığı qəbul etmir, bunu günah sayır. “Özü də ölümcül günah”, Konstantin Pominov bildirir:

“Düzdür, hər kəsin şəxsi işidir, amma öz günahını, xəstəliyini göstərmək lazım deyil. Əgər belə bir günahın varsa, buyur, bu, sənin şəxsi işindir”.

“Tolerant yanaşmırıq”

Azərbaycan Avropa yəhudiləri icmasının rəhbəri Gennadi Zelmanoviç deyir ki, onların homoseksuallıqla məşğul olanlara münasibəti mənfidir:

Gözlə

No media source currently available

0:00 0:00:57 0:00
Direct-ə keçid

“Allah kişi, qadın yaradıb ki, onların uşağı olsun, insan nəsli davam etsin. Bu adamlar xəstədir, bilmirəm, onlar üçün dərman var, ya yox.Bu məsələyə tolerant yanaşmırıq”.

“Ailədə ata-ana olmalıdır”

Ləzgi məscidi icmasının rəhbəri Faiq Mustafa Allahın qoyduğu qaydaları kiminsə dəyişməsinə haqqı çatmadığını düşünür.

Gözlə

No media source currently available

0:00 0:01:00 0:00
Direct-ə keçid

Onun sözlərinə görə, İslam dini homoseksuallığı qəbul eləmir və bunun təbliği də yolverilməzdir: “Kişini, qadını Allah yaradıb. Ailədə ata-ana olmalıdır. İndiki dövrdə bunu gözə soxurlar, bu, düzgün deyil”.

XS
SM
MD
LG