Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:44

Xarici ticarətdə azalma davam edir


Foto arxiv.
Foto arxiv.

-

Bu ilin birinci rübündə Azərbaycanın xarici ticarət həcmi 2015-cü ilin eyni dövrü ilə müqayisədə 37.98 faiz azalıb. Dövlət Gömrük Komitəsinin (DGK) açıqladığı məlumata görə, idxal 24.90, ixrac isə, az qala, yarıbayarı- 47.38 faiz aşağı düşüb.

Əsas malların ixracında azalma faizləri belədir: Xam neft 48.54, neft məhsulları isə 57.3 azalıb. Bundan başqa, çay 69.95, bitki və heyvan mənşəli yağlar 90.75 azalıb. Şəkər 75.45, kimya sənaye məhsulları 87.09, alüminium və ondan hazırlanan məmulatlarda da 5.03 faiz azalma olub. Spirtli və spirtsiz içkilər isə, az qala, yarıbayarı azalıb.

ÇAY İDXAL LİDERİDİR

İdxalda əsas mallardan artım belə olub: Meyvə-tərəvəz 101.10, ət 13.62, çay 184.69, bitki və heyvan mənşəli yağlar 82.39 faiz artıb.

Buğda və şəkər idxalının azalması diqqət çəkir. Ötən ilin analoji dövrü ilə müqayisədə ölkəyə 66.38 faiz az buğda və 22.59 faiz az şəkər gətirilib.

XS
SM
MD
LG