Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:39

"Niyə başqa NİDA-çıları buraxırlar, onu yox?"


İlkin Rüstəmzadə
İlkin Rüstəmzadə

►“İlkin çox dəyanətli, əqidəli oğlandır. O belə şeylərdən sarsılmaz"

“İlkin, elə adı kimi, ailənin ilk uşağıdır. Onunla bağlı çoxlu ümidlərimiz var. Ali məktəbi bitirirdi. Dərsləri qurtarırdı. Ayın 17-də həbs olundu, 24-də imtahanları başlayırdı. 4-cü kürsün axırıncı imtahanlarıydı...”

Üç ildir həbsdə olan gənc fəal İlkin Rüstəmzadənin anası Atlas Rüstəmzadə deyir ki, oğlunun həbsindən sonra gözləri yollarda qalıb.

Hər əfv fərmanı veriləndə, İlkinin də azad olunacağını gözləyirlər. Ancaq övladı hələ də bağlı qapı arxasındadır. Bu illər ərzində İlkinin atası Bəkir Rüstəmzadə ürək xəstəliyinə tutulub, bir neçə ay əvvəlsə əməliyyat olunub.

Bəkir Rüstəmzadə gecə-gündüz ancaq İlkin haqqında düşündüklərini deyir:

“Övladı həbsdə olan ata-ananın günü necə keçər? Ancaq onun haqqında fikiləşirik. Həm maddi, həm mənəvi çətinliklərimiz var. Ancaq mənəvi çətinliklərimiz maddiləri üstələyir”.

Gözlə

No media source currently available

0:00 0:00:40 0:00

Bəlkə İlkin qatı cinayətkardır, biz bilmirik?

İlkinin anası danışır ki, hər an onlara oğlunun həbsdə olmasını xatırladır. Bir neçə ay əvvəl həyat yoldaşının səhhəti pisləşəndə bunu daha çox hiss edib:

“Gecə saat 3 idi, 4-ə işləyirdi. Yoldaşımın ürəyi tutdu. Xəstəxana yollarında tək qaldım. Oğlumu niyə buraxmırlar, biz də bilmirik. Biz də ayırd edə bilmirik ki, niyə İlkinə fərqli münasibət var? Qatı cinayətkardır, yoxsa başqa nə edib axı ona belə münasibət var? Bu, bizi də çox ağrıdır. Ümid ən sonda ölür. Yenə, hələ ki, gözləyirik. Mən də, yoldaşım da şəkər, yüksək hipertoniya xəstəsiyik. Yoldaşım əməliyyat da olundu. Çox gərgin günlər yaşayırıq. Mənəvi əziyyət bizi lap üzüb. Hərtərəfli çətindir”.

___________________________________________________________

Bunlara da bax:
Erməni general istefa verir: "Adımın Əliyevlə eyni siyahıda..."
“Neftin qiymətini dirçəltmək” cəhdi baş tutmadı

___________________________________________________________

“Sarsıntı keçirmək, “ah”, “uf” eləmək onluq deyil”

İlkin Rüstəmzadə 2013-cü ilin martında 7 NİDA-çı ilə birlikdə həbs olunub. 8 il müddətinə azadlıqdan məhrum edilib. 13 saylı cəzaçəkmə yerində saxlanır. Prezidentin son əfv fərmanı ilə azadlığa çıxmış Müsavat başqanının müavini Tofiq Yaqublu da 13 saylı həbsxanada cəza çəkib. Tofiq Yaqublu deyir ki, İlkin Rüstəmzadə ilə elə həbsxanada tanış olub:

“İlkin çox dəyanətli, əqidəli oğlandır. O, belə şeylərdən sarsılmaz. Ancaq onda da sual yaranırdı ki, görəsən niyə digər NİDA-çıları buraxırlar, onu buraxmırlar? Bizim hamımızda bu sual yaranırdı. Ancaq sarsıntı keçirmək, “ah”, “uf” eləmək onluq deyil. O, NİDA-ya həbsxanada olanda qoşulmuşdu. Düşünürdük ki, bəlkə buna görə onu belə cəzalandırırlar? Həbsxanada məhrumiyyətlər çoxdur. Əgər Azərbaycanın azadlığı belədirsə, həbsxanadakı vəziyyəti təsəvvür etmək çətin deyil. Ancaq İlkin sarsılan, sınan gənc deyil. O, çox pozitiv, demokratiyanın vurğunu olan bir gəncdir. Həbsxanaya da çox rahat adaptasiya olundu. Əminəm ki, həbsdən sonra o, daha mübariz olacaq”.

“Belə çıxır ki, hakimiyyətin onunla şəxsi qərəzliyi var”

İlkin Rüstəmzadənin vəkili olmuş Xalid Bağırov deyir ki, İlkinin indiyə qədər həbsdə qalması ona da aydın deyil:

“Onun azadlığa çıxması üçün əlimizdən gələni etmişik. Yalnız bir məsələ qalıb ki, o da bizdən yox, hakimyyətin iradəsindən asılıdır. 8 NİDA-çıdan 7-nin buraxılması, bir İlkin Rüstəmzadənin buraxılmaması bir az anlaşılmazdır. Belə çıxır ki, hakimiyyətin onunla şəxsi qərəzliyi var. Hakmiyyətin məntiqini bilmək olmur, bilsəydik, hakimiyyətlə birlikdə olardıq. Ölkə zatən rəzalətlərin üstündə qurulub. Sözün düzünü deyən insanları tutub həbsə atmağın bu ölkəyə nə faydası ola bilər ki? Onsuz da ölkənin imici yerlərə sərilib. Tezliklə bu imici bərpa eləyib normal ölkəyə çevirmək lazımdır. Bunu həm müxalifət, həm hakimiyyət, həm də vətəndaş cəmiyyəti dərk eləməlidir”.

Deputat: “Heç kim heç nədən həbs olunmur”

Parlamentin insan haqları komitəsinin üzvü, Yeni Azərbaycan Partiyasından millət vəkili Astan Şahverdiyev isə deyir ki, Azərbaycanda heç kəs siyasi əqidəsinə görə həbsə atılmır:

“Azərbaycanda heç kim heç nədən həbs olunmur. Tutulanların hamısının bu və ya digər formada günahı var. Azərbaycana çox qarayaxmalar olur. “Ay, siyasi dustaq var”, “ay, nə bilim, nə var”. Ölkədə heç bir siyasi dustaq yoxdur. Hansısa bir şəxs də cinayət törətdiyinə, konkret əməlinə görə həbs olunur. Ona görə də mən bütün bunlara təbii baxıram, normal dövlətdə belə də olmaldır. Kimlərsə bundan Azərbaycana qarşı qarayaxmalarda istifadə edirlərsə, gedib öz ölkələrindəki vəziyyəti öyrənsinlər”.

İlkin Rüstəmzadəyə qarşı irəli sürülən ittihamlardan biri də onun “Harlem-shake” fləşmobu haqda videosüjetin sosial şəbəkələrdə yerləşdirilməsilə bağlıdır. Həmin fləşmobda bir qrup gənc Nyu-Yorkun Harlem məhəlləsinin stilində rəqs edir. Bu rəqsə görə İlkin Rüstəmzadə ictimai qaydanı pozmaqda ittiham olunub.

DİNLƏ: Günün əsas hadisələri AzadlıqRadiosunun 18 aprel Radio proqramında

Rusiyalı politoloq Sergey Markov Bakıda proqnoz verib ki, bu dəfə Qarabağ danışıqları uzanmayacaq
5 işçisi olan Azərbaycan səfirliyi 2 min litr pivəni kimə sifariş verib?
BAX: Günün əsas hadisələri AzadlıqRadiosunun 18 aprel TV proqramında
Yeni xaricdə təhsil proqramı necə olsun?
Şəkər xəstəliyi ilə mübarizə üçün yeni cihaz ixtira olundu

Buna da bax: "Siyasi məhbus"ların evlərindən reportaj

"Siyasi məhbus"ların evlərindən reportaj
Gözlə

No media source currently available

0:00 0:08:47 0:00

Valideynləri bezdirən uşaq bezi qiymətləri

Valideynləri bezdirən uşaq bezi qiymətləri
Gözlə

No media source currently available

0:00 0:02:26 0:00

XS
SM
MD
LG