Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:36

AŞPA-da Qarabağla bağlı bəyannamə qəbul edilib


Foto arxiv
Foto arxiv

Abropa Şurası Parlament Assambleyası Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çağıran bəyannamə qəbul edib.

Bəyannaməyə 44 deputat imza atıb.

ATƏT-in rəsmi saytında yerləşdirilən sənəddə münaqişə zonasında vəziyyətin gərginləşməsindən narahatlıq və ağır hərbi texnikalardan istifadənin yolverilməz olduğu bildirilir.

Deputatlar münaqişə tərəflərini qəti addımlar atmağa və münaqişəni danışıqlar yolu ilə həllinə nail olmaq üçün siyasi iradə göstərməyə çağırırlar.

Qeyd edək ki, aprelin 2-dən 5-nə kimi Dağlıq Qarabağda gedən döyüşlərdə hər iki tərəf onlarla itki verib.

Rusiyanın vasitəciliyi ilə atəşkəs bərpa edilib. Amma tərəflər demək olar ki, hər gün bir-birini atəşkəsi pozmaqda günahlandırır.

XS
SM
MD
LG