Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:37

“Mətbuatın piroquna çox əl uzadılır”


►“Mətbuat azadlığının yolu siyasi hakimiyyət dəyişikliyindən keçmir”

“Ölkənin Mətbuat Azadlığı İndeksindəki yeri tənqidçiləri də üzür”

“Azərbaycanda söz və mətbuat azadlığının bütün şərtlərini həyata keçirmək mümkündür. Ancaq, təəssüf ki, illərdir, bu sahədə problem yaşayırıq”.

Bunu “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Sərhədsiz Reportyorlar Təşkilatının (RSF) aprelin 20-də açıqladığı Ümumdünya Mətbuat Azadlığı İndeksini şərh edərkən deyir.

Bu hesabatda Azərbaycan 180 ölkə arasında 163-cü yerdə qərarlaşıb.

Rauf Arifoğlu deyir ki, mətbuatdakı problemlər həm siyasi təzyiqlərdən, həm də iqtisadi problemlərdən qaynaqlanır:

“Cəmiyyət, xüsusilə, siyasi kəsim jurnalistlərlə çox aqressiv davranır. Həm hakimiyyət, həm də müxalifət. Müxalifət liderləri də ifadə azadlığına dözümsüzlükdə məmurlardan az fərqlənmir. Müxalifət təmsilçiləri tənqid onlara yönələndə aqressivləşirlər, mənəvi təqib, kampaniya aparırlar. Məmurlar da tənqidə dözümsüzlük göstərirlər, məhkəmə yolu ilə, iqtisadi təzyiqlərlə mətbuatın, jurnalistlərin səsini kəsməyə çalışırlar”.

“Yeni Müsavat”ın baş redaktoru deyir, 26 ildən çoxdur bir media orqanına rəhbərlik edən şəxs kimi siyasi düşərgələrə bələddir, ona görə də mətbuat azadlığına yolun siyasi hakimiyyət dəyişikliyindən keçəcəyini güman eləmir. O bildirir ki, iqtisadi şərtlər də çox ağırdır və “mətbuatın piroquna çox əl uzadılır”:

“Medianın böyük maliyyə qazanması üçün bütün əngəllər var. Hər bir siyasi düşərgə də istəyir ki, medianı öz təsiri altında saxlasın”.

“Onsuz da bu qanun işləmirdi”

“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev deyir, Azərbaycan bir neçə ildir ki, Mətbuat Azadlığı İndeksində elə eyni yeri sayır, çünki ölkə mediasının keyfiyyətində elə də bir dəyişiklik yoxdur:

“Azərbaycanı belə bir yerdə görmək hətta tənqidçilər üçün də çox üzücüdür”, o deyir.

___________________________________________________________

Bunlara da bax:
İlqar Məmmədovun məhkəməsi başlanır
Türk fermer Rusiyadan deportasiya edildi

___________________________________________________________

Arif Əliyev söyləyir ki, Azərbaycanda həbsdə jurnalistlər var, mətbuat iflic vəziyyətdədir və medianın keyfiyyətində hər hansı dəyişiklik yoxdur. Onun sözlərinə görə, son vaxtlarda qanunvericilikdə diqqəti çəkən dəyişiklik olmayıb, əksinə, “mənasız məhdudlaşdırmalar aparılıb, yəqin ki, bu da Azərbaycanın mövqeyinə təsir edib”. Jurnalist bildirir:

“Qanunvericilikdə üç dəfə xəbərdarlıqdan sonra mətbu orqanın bağlanmasını iki dəfəyə endirdilər. Onsuz da ölü qanun işləmirdi, qaşınmayan yerdən qan çıxarmaq lazım idimi? Üstəlik, ölkədə jurnalistlər həbsdədir, birini buraxıb, o birini tuturlar. Bir yandan da mətbuatın maliyyə durumu ağırdır”.

“Azərbaycanda necə yazmaq, nə yazmaq problemi yoxdur”

“Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı isə “Sərhədsiz Reportyorlar”ın hesabatı ilə razılaşmır.

Onun fikrincə, Media Azadlığı İndeksində Azərbaycan və Ermənistan arasında belə fərq inandırıcı və reallığa uyğun deyir. Qurumu ikili standartlarda ittiham edən Aynur Camalqızının sözlərinə görə, problemsiz ölkə yoxdur:

“Ən inkişaf etmiş ölkələrdə belə media sahəsində də problemlər tapıb ortaya qoymaq olar. Bir media qurumunun rəhbəri kimi əminliklə deyirəm ki, Azərbaycanda necə yazmaq, nə yazmaq problemi yoxdur. Jurnalistlər öz fikirlərini sərbəst şəkildə ifadə edə bilirlər. Əgər ölkədə söz və ifadə azadlığı olmasaydı, kifayət qədər radikal media orqanları da olmazdı”.

Həbsdə jurnalistlərin olmağına gəlincə, Aynur Camalqızı hesab edir ki, onlar jurnalist fəaliyyəti ilə bağlı təqib edilməyiblər və üzləşdikləri ittihamlar da yol verdikləri qanun pozuntuları ilə bağlıdır.

“Səmərəlilik indeksi də aşağıdır”

Yenicə prezidentin əfv sərəncamı ilə azadlığa çıxmış jurnalist Rauf Mirqədirov Azərbaycanın Mətbuat Azadlığı İndeksinə görə 180 ölkə arasında 163-cü yer tutmasında qeyri-adi bir şey görmür.

Onun fikrincə, mövcud vəziyyət dəyişməyincə, ölkə bu indeksdə daha aşağılara doğru gedəcək. “Ölkədə mətbuatın pis vəziyyətdə olmasını görməmək mümkün deyil”, o əlavə edir.

Rauf Mirqədirov deyir ki, Azərbaycanda ictimai fikrə təsir göstərəcək media yox dərəcəsinə düşüb:

“Məsələ burasındadır ki, bu gün insanların mediada almalı olduğu əmtəə yoxdur, ala bilmir. Söhbət təkcə mətbuat azadlığı indeksindən yox, həm də mövcud mətbuatın səmərəliliyinin effektindən gedir”.

Müsahibimiz vurğulayır ki, Qarabağdakı son hadisələr zamanı Azərbaycan mediası informasiya verilməsi baxımından səmərəli fəaliyyət göstərə bilmədi, “hətta səmərəlilik indeksi”nin də aşağı olduğunu müşahidə etdik”, Rauf Mirqədirov deyir.

Ancaq o ümidsiz deyil, düşünür ki, neft gəlirlərinin azalması fonunda yaranmış iqtisadi çətinliklər yenidən azad mətbuatı dirçəldəcək.

Buna da bax:

Əliyevlər "Panama Papers"də... (detallar, video)
Gözlə

No media source currently available

0:00 0:17:31 0:00

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunun 20 aprel Radio proqramında

Lavrov Yerevana gedir. Erməni ekspertlər yaman narahatdır
Azərbaycan 163-cü yerə düşüb…
Yeni şəxsiyyət vəsiqələrinin verilməsi niyə uzanır?

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun 20 aprel TV proqramında

Dünyada qeyri-adi etiraz aksiyaları
“Neft yenə ucuzlaşacaq”
XS
SM
MD
LG