Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:38

Azərbaycan-İran körpüsünün təməli qoyuldu- [Fotolar]


-
Astaraçayın üzərində tikiləcək dəmir yolu körpüsünün aprelin 20-də təməli qoyulub.

Körpü İranla Azərbaycanın dəmir yollarını birləşdirəcək.

Təməlqoyma mərasimində Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev və İranın Rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi iştirak ediblər.

Ş.Mustafayev deyib ki, tikintisi planlaşdırılan bu dəmir yolu körpüsü ölkələr arasında yük dövriyyəsinin artımına səbəb olacaq.

Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin önəmli həlqələrindən olacaq dəmir yolu körpüsünün eni 10, uzunluğu isə 82 metr olacaq.

3 aşırımlı və 4 dayaqlı layihələndirilən körpünün üzərində hər iki istiqamətdə qatarların hərəkətinin təmin olunması məqsədilə iki xətt quraşdırılacaq.

Dəmir yolu körpüsünün tikinti xərcləri Azərbaycan və İran tərəfindən bərabər paylarla ödəniləcək.

Yol əkin sahələrindən keçir, kompensasiya ödənməyib…

Azərbaycan bu layihənin gerçəkləşməsindən ötrü 8,3 kilometr dəmir yolu inşa etməlidir. Hazırda bu yolun çəkilməsi istiqamətində işlər gedir.

Dəmir yolu əkin sahələrindən keçir. Yerli iqtisadçıların dediklərinə görə, dəmir yolunu dəniz sahili ilə də aparmaq olardı. Onda hektarlarla əkin sahələri kənarda qalardı.

Əkin sahələrinin sahiblərinə bildiriş verilsə də, pulları ödənməyib. Astara rayonunun sərhədə yaxın Məscidməhəllə kəndindən 7 ev plana düşüb.

Lənkəran və Astara ərazisindən keçən dəmir yolu xətti indi istismara o qədər də yararlı sayılmır.

Bu gün təməli qoyulan körpünün tikintisinin 2016-cı ilin sonunadək yekunlaşdırılması gözlənilir.

Azerbaijan. Baku. Youtube link of Azeri Service
Azerbaijan. Baku. Youtube link of Azeri Service

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunun 20 aprel Radio proqramında

Lavrov Yerevana gedir. Erməni ekspertlər yaman narahatdır
Azərbaycan 163-cü yerə düşüb…
Yeni şəxsiyyət vəsiqələrinin verilməsi niyə uzanır?

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun 20 aprel TV proqramında

Dünyada qeyri-adi etiraz aksiyaları
“Neft yenə ucuzlaşacaq”
XS
SM
MD
LG