Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:42

İş adamları pullarını Gürcüstana çıxarır?


Bakının Binəqədi rayonunda 369 məcburi köçkün ailəsi üçün inşa olunmuş yaşayış binasının istifadəyə verilməsi.
Bakının Binəqədi rayonunda 369 məcburi köçkün ailəsi üçün inşa olunmuş yaşayış binasının istifadəyə verilməsi.

-

Qarabağ münaqişəsi, kütləvi ixtisarlar, qeyri-neft sektorunun durumu, qaçqın və məcburi köçkünlər üçün görülən işlər bu gün medianın başlıca mövzusudur...

QAÇQIN VƏ KÖÇKÜNLƏRƏ 430 MİLYON MANAT XƏRCLƏNİB

«Azərbaycan» qəzetində «94 müasir yaşayış kompleksi, 243 min nəfər üçün mənzil...» başlıqlı məqalə dərc edilib.

Məqalədə qeyd edilir ki, qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi daim dövlətin diqqətindədir. Daha sonra ölkədə bu sahədə 2004-cü ildən bəri görülən işlərdən bəhs edilir.

Müəllif yazır ki,təkcə ötən il qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə beş müasirtipli qəsəbə salınıb. 15 min məcburi köçkün yeni mənzillərlə təmin edilib. Ümumilikdə isə, qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə 430 milyon manat vəsait xərclənib: «Bu diqqətin nəticəsidir ki, məcburi köçkünlər üçün ümumilikdə 94 müasir yaşayış kompleksi salınıb. 49 min ailə və ya 243 min nəfər məcburi köçkün mənzillə təmin olunub. Təkcə ötən ildə bir nəfər məcburi köçkünə xərclənən vəsaitin həcmi təxminən 840 manat təşkil edib. Bu da dünyanın digər münaqişə zonaları ilə müqayisədə ən yüksək göstəricidir».

Etibar Pirverdiyev
Etibar Pirverdiyev

KÜTLƏVİ İXTİSARLAR

«Azadlıq» qəzeti isə «Azərenerji»də kütləvi ixtisarlardan bəhs edir.

Qəzetdə yazılanlara görə, bu qurumda 3 xidmət ləğv edilib, yerində 3-ü yaradılıb və bu proses ixtisarlarla özünü göstərib: «Etibar Pirverdiyevin əmri ilə kütləvi ixtisarlar baş verib. Məsələn ləğv edilmiş Enerji nəzarət idarəsinin 300 əməkdaşı ixtisar olub, yeni qurumda isə cəmi 58 nəfər işə götürülüb. Digər bir qurumda 28 əməkdaşdan 3-ü, daha birində isə 14 nəfərdən 2-si saxlanıb».

Məqalədə qeyd edilir ki, işçilərə bayram günlərində verilən vəsait də azaldılıb: «Beləliklə, göründüyü kimi hakimiyyətin yeni iş yerləri ilə bağlı kampaniyası tamamilə fiaskoya uğrayıb».

Plastik kartlar
Plastik kartlar

PLASTİK KARTLARDA OĞURLUQ

«Exo» qəzeti plastik kartlarla əməliyyatlar zamanı vətəndaşların maliyyə vəsaitlərinin oğurlanması haqda yazı dərc edib.

Məqalədə yer alan iddialara görə, Azərbaycanda bu sahədə dələduzluq səviyyəsi 5.35 bazis təşkil edir. (1 bazis hər 100 dollara 1 qəpik oğurlanması deməkdir).

Qəzetə danışan ekspertlər belə dələduzluğun 2013-cü ildən artdığını bildirilər. Üstəlik, qeyd edirlər ki, bunun qarşısını almağa heç də dövlət hazır deyil.

İqtisadçı Samir Əliyev deyib ki, 2015-ci ildə Azərbaycanda plastik kartlarla 1 milyard 250 milyon manatlıq əməliyyat aparılıb: «Bu isə o deməkdir ki, dələduzlar indiki 5.35 səviyyəsində, ən azı, 625 min manat və ya 399 min dollar vəsaiti oğurlayıblar».

Milli İnternet Forumunun prezidenti Osman Gündüz isə qeyd edib ki, bu oğurluğun səviyyəsi indi elə də yüksək deyil: «Bu, bir zaman məsələsidir. Hələlik bizdə vətəndaşları belə cinayətlərdən qorumaq mexanizmi güclü deyil. Odur ki, vətəndaş internet vasitəsilə əməliyyat vaxtı ehtiyatlı olmalıdır. Sistemin qorunmasına əmin olduqdan sonra əməliyyat aparmalıdır».

Nazim Məmmədov
Nazim Məmmədov

MƏMUR SAHİBKARLIĞI ARADAN QALXMASA...

«Bizim Yol» qəzeti isə hökumətin indi əsas önəm verdiyi qeyri-neft sektorunun durumunu ekspertlərlə təhlil edib.

Məqalədə bu mövzuda çox həlledici bir məqama toxunulur. Müəllif qeyd edir ki, bu sahəyə investisiya qoyulması bu ilin ilk 3 ayında ötən ilin analoji dövrü ilə müqayisədə 3 dəfə azalıb. 1 milyard 700 min manatdan 626 milyon manata enib.

İqtisadçı Rövşən Ağayev deyib ki, mənzil tikintisi, kənd təsərrüfatı, turizm, neftdənkənar emal sənayesinə yatırımlar 50 faizə qədər azalıb.

Başqa bir iqtisadçı Nazim Məmmədov isə ölkədə əlverişli biznes mühiti olmadığı üçün yerli sahibkarların sərmayələri Gürcüstan və Türkiyəyə yatırmalarına diqqət çəkib. Onun düşüncəsinə görə, monopoliya, məmur sahibkarlığı aradan qalxmasa, rəqabət təmin olunmasa, vəziyyət dəyişməyəcək.

XS
SM
MD
LG