Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:51

Ermənistan 3 şərt irəli sürüb


Aduard Nalbandian və Elmar Məmmədyarov
Aduard Nalbandian və Elmar Məmmədyarov

-
«Azərbaycan danışıqlardan çıxmayıb və bizə danışıqların nəticəsinin olması lazımdır».

APA-nın xəbərinə görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov deyib.

O qeyd edib ki, bir neçə gün əvvəl Ermənistan prezidenti Sarkisian danışıqlardan çıxmaları barədə açıqlama vermişdi. Daha sonra isə Ermənistanın xarici işlər naziri danışıqları davam etdirmək niyyətində olduqlarını açıqlayıb: «İndi isə Sarkisian danışıqları bərpa etmək üçün 3 şərt irəli sürüb. Şərtlə məsələni həll etmək mümkün deyil. Ermənistanda ciddi müzakirələr gedir və təhlil edirlər. Hamı üçün bəllidir ki, status-kvo qəbuledilməzdir. Status-kvonun saxlanması nə danışıqlara, nə də sülhə kömək edir».

E.Məmmədyarov deyib ki, danışıqlara hansısa şərtlərlə gəlmək olmaz: «Yerevanda düşünürlərsə ki, şərtlərlə prosesi uzada bilərlər, bu, çox sadəlövh düşüncədir. Proses yerindən tərpənməlidir. Ən böyük təhlükə Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərində olmasıdır. Bu məsələni nə qədər tez həll etsək, o qədər imkan yaranacaq. Şərtlərlə sülh prosesinə kömək etmək olmaz, bu, sülh prosesini öldürməkdir».

Ancaq şərtlərin nə olduğu açıqlanmayıb.

Həmçinn baxın - AzadlıqRadiosu Youtube Kanalında izləyin:

XS
SM
MD
LG