Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:51

«Məmməd İbrahimlə bağlı sübutlar saxtalaşdırılıb»


Fariz Namazlı, vəkil, 29.04.2016
Fariz Namazlı, vəkil, 29.04.2016

«Məmməd İbrahimin işi üzrə məhkəmə iclas protokolları saxtalaşdırılıb. Məhkəmədə bütün şahidlər Məmməd İbrahimin xeyrinə ifadə verdiyi halda, bunlar protokollarda öz əksini tapmayıb».

YENİDƏN MƏHKƏMƏ İSTİNTAQI APARILSIN

Bunu AXCP sədrinin müşaviri Məmməd İbrahimin vəkili Fariz Namazlı Bakı Apelyasiya Məhkəməsində çıxışında deyib. Aprelin 29-da Məmməd İbrahimin işi üzrə məhkəmənin ilkin baxış iclası keçirilib.

Fariz Namazlı Məmməd İbrahimin barəsində həbs-qətimkan tədbirinin dəyişdirilərək ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət qaldırıb.

Müdafiəçi digər vəsatətində apelyasiya şikayətinə məhkəmə istintaqı aparılmaqla baxılmasını istəyib. Bunu Nərimanov Rayon Məhkəməsində sübutların saxtalaşdırılması ilə izah edib: «Bu saxtalaşdırma ilə əlaqədar Məmməd İbrahimin digər vəkili Yalçın İmanov məhkəmə iclas protokollarına öz qeydlərini yazıb. Amma hələ də Yalçın İmanova onun qeydlərinə baxılması barədə heç bir məlumat verilməyib. Bu baxımdan, yenidən məhkəmə istintaqı aparılmalı, sübutlar araşdırılmalıdır».

ŞÜŞƏ KABİNƏ

Vəkilin daha bir vəsatəti isə Məmməd İbrahimin məhkəmə zalındakı səskeçirməyən şüşə kabinədən çıxarılıb müdafiəçilərinin yanında əyləşməsi haqda olub. Qeyd edib ki, hüquqi müdafiənin səmərəliliyi baxımından da bu vacibdir.

Dövlət ittihamçısı Ceyhun Budaqov vəsatətlərə qarşı çıxıb.

Əflatun Qasımovun sədrlik etdiyi hakimlər kollegiyası da vəsatətlərin heç birini təmin etməyib və işin məhkəmə baxışına verilməsi, apelyasiya şikayətinə əlavə sübutlar tələb olunmadan baxılması barədə qərar çıxarıb. Məhkəmə baxışı mayın 13-nə təyin olunub.

Fariz Namazlı AzadlıqRadiosu-na bildirib ki, Məmməd İbrahimin özü və digər vəkil həmkarı ilə məsləhətləşmədən sonra ilkin baxış iclasının qərarından Ali Məhkəməyə şikayət verib-verməmək məsələsini müəyyənləşdirəcəklər.

Məmməd İbrahim bir müddət əvvəl AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayəti əsasında sentyabrın 30-da həbs olunub. O, Mikayıl Quliyevi vurmaqda ittiham olunub, ona CM-in 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb. Bir müddət sonra daha iki nəfər - Oruc VəliyevMəhəmməd Qurbanov da şikayət verərək bildiriblər ki, insident zamanı Məmməd İbrahim onları da vurub. Bundan sonra ittiham maddəsi ağırlaşdırılıb və CM-in 221.2.2-ci maddəsinə tövsif olunub.

Martın 15-də Nərimanov Rayon Məhkəməsinin hökmü ilə Məmməd İbrahim 3 il azadlıqdan məhrum edilib. O, ittihamı qəbul etmir və həbsinin siyasi sifariş olduğunu bildirir.

XS
SM
MD
LG