Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:41

Hökumət təkliflərin bir hissəsini nəzərə alıb


Samir Aliyev
Samir Aliyev

Hökumət «Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı»nı hazırlayan zaman vətəndaş cəmiyyətinin təqdim etdiyi təkliflərin bir hissəsini nəzərə alıb. Bəzi təkliflər isə nəzərə alınmayıb.

Bu barədə QHT təmsilçisi Samir Əliyev Turan-a danışıb.

«Yeni sənəddən görünür ki, əsas diqqət informasiya texnologiyaları və elektron xidmətlərin tətbiqinə ayrılıb. Halbuki, şəffaflığı, hesabatlılığı, hökumətin fəaliyyətinin səmərəliliyini artırmaq zəruridir», - deyə o qeyd edib.

Samir Əliyevin sözlərinə görə, vətəndaş cəmiyyəti təklif edib ki, heç olmasa dövlət vəsaitlərinin mənimsənilməsində iştirak edən şirkətlərin təsisçiləri haqqında informasiya açıqlanmalıdır. Amma bu təklif nəzərə alınmayıb.

Milli fəaliyyət planı şəffaflığın təminatı üzrə bir sıra tədbirlər nəzərdə tutur. Onların arasında vətəndaş cəmiyyəti institutlarının dövlət büdcəsi layihəsinin müzakirəsində iştirakının təminatı, Maliyyə Nazirliyinin saytında dövlət büdcəsinin yerinə yetirilməsi ilə bağlı rüblük hesabatın yerləşdirilməsi var. Üstəlik, Hesablama Palatası keçirdiyi audit tədbirləri barədə ictimaiyyətə məlumat verməlidir.

Dövlətin nəzarət etdiyi şirkətlər, həmçinin büdcə təşkilatları 2016-cı ildən maliyyə hesabatları dərc edəcək. Dövlət büdcəsindən vəsaitləri istifadə edən şirkətlər bu barədə korporativ saytlarda və KİV-də hesabat verəcək.

XS
SM
MD
LG