Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:56

Vəkil: «Hökmün ləğvini istəyirik»


Rasim Əliyevi döyənlərə ağır cəza
Gözlə

No media source currently available

0:00 0:02:23 0:00

Rasim Əliyevi döyənlərə ağır cəza

-

Jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərin hökmündən verilən apellyasiya şikayəti üzrə məhkəmənin başlama vaxtı bəlli olub.

R.Əliyevin ailəsinin vəkili Fariz Namazov Azadlıq Radiosuna bildirib ki, məhkəmə gələn cümə günü keçirilməlidir:

«Rasim Əliyevin ölümü ilə bağlı apellyasiya şikayəti vermişik. Məhkəmə iclasının mayın 27-də Bakı Apellyasiya Məhkəməsində keçirilməsi gözlənilir».

F.Namazov məhkəmədən istəklərini də çatdırıb: «Biz R.Əliyevin qətli üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı qərarın ləğvini və işin birinci instansiyaya qaytarılmasını tələb edirik. Çünki bu ölümdə həkimlərin məsuliyyət məsələsi araşdırılmayıb və məhkəmə istintaqı yarımçıq aparılıb».

Vəkil qarşı tərəfin də apellyasiya şikayəti verdiyini deyib. Onun bildirməsinə görə, qarşı tərəf apellyasiya şikayətində Samir Mustafayev və Kənan Mədətova bəraət istəyirlər. Qalan 3 məhkumun vəkilləri isə müdafiə etdikləri şəxslərin ittihamlarının dəyişdirilməsi məsələsini qaldırıblar. Həmin şəxslərin xuliqanlıqda ittiham olunmasını istəyirlər.

Jurnalist Rasim Əliyevi ötən il avqustun 8-də bir qrup şəxs döyüb. O, xəstəxanaya yerləşdirilib. R.Əliyevin üzərində cərrahiyyə əməliyyatı aparılıb. Avqustun 9-u jurnalist xəstəxanada vəfat edib. Həmin faktla bağlı Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov, Arif Əliyev və futbolçu Cavid Hüseynov tutulub. Bir müddət sonra cinayət işinin materiallarından Cavid Hüseynovun işi ayrılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kənan Mədətov və Samir Mustafayev 9 il, Camal Məmmədov 11 il, Arif Əliyev 12 il 6 ay, Elşən İsmayılov 13 il müddətinə azadlıqdan məhrum ediliblər.

Prokuror «Qəbələ» klubunun keçmiş kapitanı Cavid Hüseynova 4 il iş istəyib.
Futbolçu bu məsələdə cinayəti bilib, gizli saxlamaqda günahlandırılır. Ancaq C.Hüseynovun vəkilləri deyir ki, o, jurnalist Rasim Əliyevlə söhbət eləsə də, onun döyüləcəyindən xəbərsiz olub.

Jurnalistin Facebook-da bir status yazısına görə futbolçu onu arayıb söhbət edib. Həmin statusda Rasim Əliyev futbolçunu qol anından sonra etdiyi əl hərəkətinə görə tənqid etmişdi.

XS
SM
MD
LG