Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:48

Bakıda bir məscid yox edildi- [Fotolar]


Sökülmüş Mirələkbər məscidinin yeri
Sökülmüş Mirələkbər məscidinin yeri

►3 gün əvvəl “Azdrama”nın arxasında – Murtuza Muxtarov küçəsində daha bir tarixi abidə söküldü – Mirələkbər məscidi…

“ELƏ MƏBLƏĞ İSTƏDİ Kİ...”

Sökülmüş məscidin də, sahibinin də maraqlı və bir o qədər də acınacaqlı tarixçəsi var.

Onu 1889-cu ildə adlı-sanlı sahibkarlardan olmuş Hacı Zülfüqar Ağanın kürəkəni Mirələkbər ağa Nəcəfi-Əşrəf Dini Elmlər Hövzəsində 14 illik ali dini təhsilini başa vurub Bakıya dönməsi şərəfinə tikdirib.

Mirələkbər ağa
Mirələkbər ağa

Məscid 1927-ci ilədək inanclıların ixtiyarında olub. Həmin ildə məscid kimi fəaliyyəti dayandırılıb və “Azdrama”nın balansına anbar kimi istifadə olunmağa verilib.

Elə məscidin yaxınlığında – indiki Mustafa Sübhi keçəsində yaşayan sahibi Mirələkbər ağa isə uzun müddət təqib olunub.

Sonucda, əmlaklarını hökumətə verərək Maştağadakı ata evinə köçüb. Bununla da dinclik tapmayıb. Dövlət Təhlükəsizlik Xidmətinin uzunmüddətli təqiblərindən sonra həbs olunub, 1937-ci il martın 26-da güllələnib.

​Nəvəsi Pərviz Rüstəmov AzadlıqRadiosuna danışır ki, Sovet hakimiyyəti dağılandan sonra məscidin fəaliyyətinin bərpasına çalışıblar:

“Düzdür, məscidi “Azdrama”nın balansından çıxardılar. Ancaq başımızın altına yastıq qoya-qoya bir də xəbər tutduq ki, “Yuğ” teatrına veriblər. O vaxtkı mədəniyyət naziri Polad Bülbüloğlu dedi, “binanı Mədəniyyət Fondu təmir edib, gətirin, çəkdiyimiz xərci ödəyin, binanı qaytaraq”. Elə məbləğ istədi ki, bizim ona gücümüz çatmadı. Binanın bütün sənədləri, “kupça”sı – hamısı bizdədir”.

____________________________________________________________

Bunlara da bax:
Ekspertlər pambıqçılığın inkişafında siyasi məqsəd görür
70 akula balinanı belə yedi- [Video]

____________________________________________________________

“BİZİ ALDATDILAR”

Mirələkbər məscidi sökülməmişdən əvvəl
Mirələkbər məscidi sökülməmişdən əvvəl

Ərazidə söküntünün başlanması Mirələkbər ağanın nəslinin davamçılarında növbəti narahatlığa səbəb olub. Bu zaman da onlara bildirilib ki, məscid 3700 nömrəli tarixi abidədir, sökülməsi mümkün deyil. Ətrafındakı tikililər sökülsə də, məscidə toxunulmayıb:

Mirələkbər məscidi sökülməmişdən əvvəl
Mirələkbər məscidi sökülməmişdən əvvəl

“Bizi aldatdılar. Bir gecədə texnikanı töküb dağıtdılar. Polislər qarşımızı kəsdi, dağıntıya mane ola bilmədik. Halbuki, Yasamal rayonunun icra başçısının 1-ci müavini Səməd İsmayılov söküntüdən bir az əvvəl bizə məktub göndərmişdi. Həmin məktubda qeyd olunurdu ki, “... N: 3700” tarixi abidələr sırasına daxildir və sökülməyəcək”.

Mirələkbər ağanın 90 yaşlı oğlu Mirmövsüm Cəfərovun məscidin sökülməsindən hələ də xəbəri yoxdur.

Ailə üzvləri onsuz da səhhəti yerində olmayan professora məscidin aqibəti haqqında danışmağa cəsarət etmirlər. Neçə gündür ki, yerlə-yeksan olunmuş məscidin tarixi haqqında hələ illər əvvəl kitab da yazılıb.

Yasamal rayon icra hakimiyyəti isə məscidin yerləşdiyi ərazinin dövlət ehtiyaclarına görə plana düşdüyünü, məscidin abidələr siyahısından çıxarıldığını əsas gətirir. Söküntü ilə razılaşmayanlara məhkəməyə müraciət etməyi məsləhət görür.

Həmçinin baxın - AzadlıqRadiosu Youtube Kanalında izləyin:

İlham Əliyevin bunlardan xəbəri olmalıdır - Məcburi köçkün belə deyir:

XS
SM
MD
LG