Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 14:50

Tale Bağırzadədən xəbər var


Tale Bağırzadə
Tale Bağırzadə

-

Hazırda Kürdəxanı təcridxanasında saxlanan «Müsəlman Birliyi» Hərəkatının rəhbəri Tale Bağırzadə AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayılın azadlığa çıxma xəbərinə sevindiyini bildirib.

*73 min nəfər Youtube Kanalımıza abunə oldu və hər gün yeni video izləyir. Sən də kanalımıza abunə ol

azadliq.info-nun xəbərinə görə, Tale Bağırzadə deyib ki, xanım jurnalistin azad olmasını özünün azad olmasından üstün bilir. «Biz həmişə xanımlarımızın uca tutulmasına tərəfdar olmuşuq və bəyan eləmişik ki, Azərbaycan qadınının yeri həbsxana deyil. İllah da ki, ictimai siyasi mövqeyinə görə xanımların həbsə atılması, belə həbslərin adiləşdirməsi bizim daima hiddətimizə səbəb olub. Allah da şahiddir, hələ azadlıqda olarkən bəyan etmişdim ki, hökumətin Leyla Yunusu, Xədicə İsmayılı azad etməsi qarşılığında mən özüm və əqidədaşlarım könüllü həbsxanaya girməyə hazırdıq».

Tale Bağırzadə ümidvar olduğun bildirib ki, Xədicə İsmayıl yenə əvvəlki təki cəsurcasına həqiqətləri yazmaqda davam edəcək. O, Xədicə İsmayıla yaradıcılıq uğurları arzulayıb.

T.Bağırzadə 2015-ci il noyabrın 26-da hüquq-mühafizə orqanlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı saxlanıb. Həmin əməliyyat zamanı 2 polis, 5 mülki şəxs həlak olub.

Prokurorluq bildirmişdi ki, «Müsəlman Birliyi» Hərəkatına görə ümumilikdə 70 nəfər saxlanıb. Bu 70 nəfərdən daha yüngül maddələrlə ittiham edilənlərdən bəzilərinin məhkəməsi başlanıb və 3 nəfərə hökm oxunub. Onlar 1 il 6 aydan 2 il 6 aya qədər həbs cəzası alıblar.

T.Bağırzadəyə qarşı bu yaxınlarda qəsdən adam öldürmə ilə də bağlı ittiham irəli sürülüb. O, terrorçuluq və daha bir çox ağır cinayətlərdə ittiham edilir. Vəkilinin deməsinə görə, Tale Bağırzadə ittihamları əsasız və cəfəngiyat sayıb.

Tale Bağırzadəyə istintaq müddətində işgəncələr verildiyi bildirilirdi.

Həmçinin Youtube-da izləyin:

XS
SM
MD
LG