Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:32

Kredit məhbusları azadlığa çıxır


ABB
ABB

-

«Beynəlxalq Bank işi»nə görə tutulanlardan daha iki biznesmen azadlığa buraxılıb. Bununla bağlı Nərimanov Rayon Məhkəməsi iyunun 1-də qərar verib.

APA-nın xəbərinə görə, məhkəmə qərarı ilə təqsirləndirilən iş adamları Elxan Cavad və Cavid Muxtarov həbsdən azad edilib.

Həmin şəxslər Azərbaycan Beynəlxalq Bankından kredit götürüb qaytarmamağa görə saxlanmışdılar. Onlara qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülmüşdü.

Bir gün əvvəl bank işinə görə saxlanılan daha 6 nəfər azadlığa buraxılmışdı. Onlar «City Developer» MMC-nin direktoru Ratmir Bəkirov, «Inter Glass» şirkətinin prezidenti Fariz Muradov, «General Construction» Şirkətlər Qrupuna daxil olan MMC-nin birinin direktoru Camal Həsənov və Beynəlxalq Bankın Dubay filialının keçmiş müdiri Adil Hüseynov idi. Mingəçevir «İzolit» ASC-nin İdarə Heyətinin sədri Mehman Mehdiyev və «Riyad-Farm»ın icraçı direktoru Aqil Quliyev də azadlığa buraxılanların arasında idi.

«Beynəlxalq Bank işi»nə görə tutulanlardan bəziləri və bu bankın keçmiş rəhbəri Cahangir Hacıyev isə hazırda həbsdədir. Ötən il dekabrın 5-də həbs edilən bankir mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.

Bankirin vəkillərindən Əfqan Məmmədov bu ayın əvvəlində C.Hacıyevin konkret 42 milyon manat mənimsəməkdə ittiham olunduğunu açıqlamışdı. Vəkil həmçinin demişdi ki, C.Hacıyev mənimsədiyi iddia olunan vəsaitə əvəz bankdakı 80 milyon manatlıq səhmlərindən imtina edib.

XS
SM
MD
LG