Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:40

Əliyev-Sarkisian-Putin görüşü


Soçi, Avqust, 2014, Əliyev-Sarkisian-Putin görüşü
Soçi, Avqust, 2014, Əliyev-Sarkisian-Putin görüşü

-

Rusiya prezidenti Vladimir Putin-in Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serzh Sarkisian-la görüşü iyunun 20-də Sankt-Peterburqda keçiriləcək.

RİA Novosti agentliyinin verdiyi məlumata görə, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

ATƏT bu görüşün təşkilində iştirak etmədiyini elan edib.

Peterburq sammitində Qarabağ məsələsinin həllində dönüş ola bilərmi? Putin Qarabağ problemini həll edəcəkmi? Tam həll olmasa da, nəsə dəyişə bilərmi? Yoxsa heç nə dəyişməyəcək?

"SADƏLÖVHLÜK"

Politoloq Zərdüşt Əlizadə bu görüşdən, ümumiyyətlə Rusiyadan nəsə gözləməyi sadəlövhlük adlandırır.

“Rusiyanın xarici siyasəti MDB məkanında milli ərazi münaqişələrinin yaradılması, körüklənməsi, qızışdırılması sonra müəyyən müddətdən sonra dondurulması əsasında qurulub. Bu onların xarici siyasətinin təməl prinsipidir. İllərlə bunun üstündə siyasət yürüdürlər. İndi də heç bir əsas yoxdur ki, sadəlövh şəkildə düşünək ki, Putin Qarabağ münaqişəsinin həll edəcək. Onun əsas məqsədi bu münaqişəni dondurub, Rusiyaya bölgəni öz nəzarətində saxlamaq imkanını təmin etməkdir.”

YENİDƏN KAZAN

Siyasi şərhçi Elxan Şahinoğlu isə hesab edir ki, həmin görüşdə Kazan prinsipləri yenidən gündəmə qayıda bilər.

“Putin bu görüşdə Kazan prinsiplərinə qayıda bilər. Düzdür Kazan prinsipləri keçmiş prezident Medvedevin vaxtında hazırlanmışdı. Orda mərhələli həll planında çox maddə var. Bu bizim xeyrimizədir. Amma çox təəssüf ki, orada referendum məsələsi də var ki bu bizim maraqlara uyğun deyil. Aprel döyüşlərindən sonra əslində biz gözləyirdik ki, Ermənistan hakimiyyətinə müəyyən təsir və təzyiqlər olsun. Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasına razılıq alınsın. Amma əslində bu istiqamətdə ciddi bir iş getmədi.

Sankt-Peterbuq görüşünə qədər ciddi iş getmədiyindən yalnız bir günlük təmasla münaqişənin həllinin sürətləndirəcəyini söyləmək problematikdir. Ona görə görüşdən real nəticə çıxmasa yaxın zamanlarda biz yenidən atəşkəsin intensiz pozulmasının şahidi ola bilərik. Həmsədrlərin yeganə dərdi odur ki, tərəflər atəşkəsə riayət etsin. Bəli bu vacibdir, bu lazımdır. Amma münaqişə həll olunmadan atəşkəsə riayət etmək status-kvonun saxlanması deməkdir və bu da Ermənistanın maraqlarına xidmət edir”.

ÖZ MARAQLARI

Konfliktoloq Əvəz Həsənov isə bildirir ki, ola bilsin bu görüş də Putin-in və Rusiyanın öz maraqlarına xidmət etməyə hesablanıb.

“Son hadisələr onu göstərir ki, Rusiyanın həm Ermənistanı, həm Azərbaycanı təsir etməyə və hər iki tərəfə məsələnin həllində daha konkret addım atmağa sövq etməyə kifayət qədər geniş imkanı var. Azərbaycana bu son aprel hadisəsində Rusiyanın demək olar ki, göz yumması, Ermənistanı da torpaqların qaytarılması ilə bağlı rusiyalı politoloqun təhrik edilməsi onu göstərir ki, Rusiya müəyyən irəliləyişdə maraqlıdır. Amma bu irəliləyişin qiyməti Azərbaycan və Ermənistan üçün nə olacaq? Bunu demək hələ çox çətindir.

Ola bilsin ki, Putin öz maraqlarını təmin etmək üçün irəliləyişə nail olmaq istəyir. Xüsusən Azərbaycanla bağlı maraqlarının təmin olunmasında maraqlıdır. Rusiya kifayət qədər cəhd edir ki, Azərbaycan ondan kənarda yeni proqramlarda kənarda qalmasın. İran Rusiya və Azərbaycan üçlüyünün demək olar ki, hansısa sadə bir çıxış yolu var ki, onu Rusiya görür və istəyir ki, Azərbaycan o məkandan kənara çıxmasın. Azərbaycanın tranzit imkanları indi Rusiyaya lazımdır. Çünki indi Rusiya sanksiya ilə üzbəüzdür. Yəni Rusiyaya bazar lazımdır. Və bazardan biri də Azərbaycan ola bilər. O baxımdan Rusiyanın Azərbaycana marağı kifayət qədər artıb. Məncə Dağlıq Qarabağ münaqişəsində də Putin elə o bazarlıq etmək həvəsinə düşüb”.

XS
SM
MD
LG