Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:51

Gey imam Abdullah: 'Quranda homoseksuallara qarşı heç nə deyilmir'


Daayiee Abdullah
Daayiee Abdullah

►Daayiee Abdullah Orlando hücumundan çox üzülüb

Amerikanın gey olduğunu gizlətməyən yeganə imamı Daayiee Abdullah may ayında Orlandoda 49 nəfərin həyatını almış hücumdan çox üzüldüyünü deyir.

“Tarixən LGBT icması Amerikada fərdi qaydada zorakılıqdan əziyyət çəkib," deyə eyni zamanda hüquqşünas olan 62 yaşlı Afrika mənşəli amerikalı imam danışır.

"Biz bunu Matthew Shepardın qətli və 1978-ci ildə Yeni Orleanda gecə klubuna edilmiş silahlı hücumda LGBT icmasının 28 nəfər üzvünün öldürülməsi zamanı görmüşük. ...Bu zorakılığın məqsədi bizi təcrid etmək və gizlənməyə məcbur etməkdir. Çünki bəziləri dəyişiklikdən və fərqli insanlardan qorxurlar," o əlavə edir.

Amerikada geylərə qarşı zorakılıq və önyarqı heç vaxt əksik olmasa da, Orlando hücumu ən çox insanın qətlinə səbəb olan hücumdur. Silahlı Omar Mateen-in İŞİD-ə sədaqət andı içdiyi bildirilir. Ancaq onun psixi vəziyyəti və motivləri barədə yeni faktlar üzə çıxmaqdadır.

HƏR GÜN YENİ VİDEOLAR BURADA -

Abdullah deyir ki, insanın motivi nə olursa-olsun, Amerikada silah əldə etmək asandır, bu isə hər hansı azlığa nifrət edən şəxsə asanlıqla qətliam törətməyə imkan verir. ABŞ prezidenti Barack Obama da eynilə bu arqumenti səsləndirib. O, bununla 18-ci dəfədir ki, silahlı hücumdan sonra amerikalılara müraciət edir. Cəmi bir il əvvəl eyni ayda o, Dylann Roof adlı şəxsin Cənubi Karolinada bir kilsədə doqquz Afrika mənşəli amerikalını öldürməsindən sonra buna bənzər bir çıxış etmişdi. Dylann Roof bu cinayəti qaradərililərə nifrət zəminində törətmişdi.

“Quranın heç bir yerində homoseksualların cəzalandırılmalı olduğu yazılmayıb," - Abdullah deyir. Eyni zamanda Quran və şəriət alimi olan Abdullahın sözlərinə görə, hətta Məhəmməd peyğəmbərin müxtəlif təlimlərində belə geylərin öldürülməsi dəstəklənmir.

"Ancaq mən dana bilmərəm ki, bəzi müsəlmanların geylərlə ciddi problemləri var və bəzi müsəlmanlara öyrədilib ki, geylər cəzalandırılmalı və hətta öldürülməlidir," o deyir. İŞİD homoseksualları qətlə yetirir, əlli müsəlman ölkəsindən beşi isə hələ də homoseksuallığa görə ölüm cəzası verir.

"İŞİD-in geyləri öldürməsi İslamın təhrif olunmuş şəkildə anlaşılmasından qaynaqlanır. Bu anlayış mətnin oxunması, və İslamın prinsiplərinin dərk edilməsi ilə öyrənilmir, şifahi formada ağızdan-ağıza keçir," Abdullah əlavə edir.

____________________________________________________________

Bunlara da bax:
Masallıda müəllimlər kütləvi işdən çıxarıla bilər
Azərbaycan hökumətinə 'yox' dedilər

____________________________________________________________

O deyir ki, Amerika müsəlmanları və LGBT icması ölkədə hədələməyə qarşı qanunvericiliyi dəstəkləyəndə, yaxud Fələstində insan hüquqları məsələsini qaldıranda bəzi müsəlmanlar başlarını quma soxub sakit qalırlar, digərləri isə LGBT icması barədə nifrət dolu şərhlər püskürürlər. "Dünyada daha çox mümsəlmanın nifrətə qarşı çıxması lazımdır ki, dəhşətli baxışların daşıyıcısı olanlar da görüb anlasınlar ki, onların baxışları bizim dinimizə uyğun deyil," deyə o əlavə edib.

Abdullah deyir ki, Amerika müsəlmanlarının homofobiya və islamofobiyaya qarşı LGBT icması ilə həmrəy olması ilhamvericidir. Bir müddət əvvəl Amerika-İslam Münasibətləri Şurasının (CAİR) təşkil etdiyi mətbuat konfransı da bu qəbildəndir.

İmam Daayiee Abdullah ümid edir ki, müsəlman icmasının bu məsələlərə biganə qalan üzvləri də səslərini çıxarmağa başlayacaqlar. "Söhbət təkcə danışmaqdan getmir, söhbət elə müsəlman icmaları yaratmaqdan gedir ki, İslam dininin təhrif olunmuş təfsirilərinin qarşısı dərhal alınsın - həm üzbəüz, həm də İnternetdə," o deyir.

Orlando hücumu Amerika əfsanəsi Muhammad Alinin ictimaiyyətə açıq olan müsəlman qaydası ilə dəfnindən bir həftə sonra baş verib.

Məqalədə deyilir: Sizin üçün Amerikada İslamın təmsilçisi Muhammad Alidir, yoxsa Orlando qatili? Bu sualın cavabı sizin insanları birləşdirmək, yaxud parçalamaq istəyinizi göstərə bilər.

Buna da bax: 'Heydər' məscidində bayram namazı qılındı- FOTOLAR

Buna da bax: Günün əsas hadisələri AzadlıqRadiosunun TV proqramında- 7 iyul

Gürcüstan hələ də beynəlxalq uçuşlar üçün daha sərfəlidir
XS
SM
MD
LG