Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:31

'Hər işim qanunidirsə, 'şirinliyi' niyə verməliyəm?'


Foto illüstrasiya
Foto illüstrasiya

«Hər cür sənədin əlində, qanun nə deyir, onunla gedirsən, arxayınsan ki, kiminsə gəlib tikdiyini sökməsinə əlyeri qoymamısan. Başlayırsan tikintiyə, bir də görürsən tökülüşdülər. Məlum olur ki, bütün qanuni addımlarından sonra üstəlik icra başçısına «şirinlik» də verməlisən».

Bunu Bakının Sabunçu rayonu, Albalılıq yaşayış massivində tikdiyi evi icra hakimiyyətinin işçiləri tərəfindən sökülən Malik Hüseynov deyir.

«HƏYATIMDA İKİ DƏFƏ «ŞİRİNLİK» VERMİŞƏM»

Onun sözlərinə görə, 2007-ci ildə aldığı torpaq sahəsində fərdi ev tikmək üçün tələb olunan bütün sənədləri qaydasındadır. Ancaq 3 ildir ki, tərəflər arasındakı bir «şirinlik» söhbəti həllini tapmadığına görə daşı daş üstünə qoya bilmirmiş. Ürəklənib tikintiyə başlayanda isə, başına nələr gəlib, danışır:

«2014-cü ildən tikinti apara bilmirdim. İcra hakimiyyətinin işçilərinə başa sala bilmirəm ki, «şirinlik» insanın həyatındakı hər hansı fövqəladə hadisə ilə bağlı xoş xəbər gətirənə verirlər. Həm də «şirinlik» könüllü verilir. Şəxsən mən həyatımda iki dəfə «şirinlik» vermişəm. Bir dəfə övladımın dünyaya gəlməsi, bir dəfə də qardaşımın əsgərlikdən dönməsi xəbərini gətirənə. İndi mənim tikdiyim evlə icra başçısının nə əlaqəsi var ki, ona «şirinlik» verim?» Bax, 2 ildir bu sözümə görə məni qanuni torpağımda ev tikməyə qoymurdular».

"Sovetski"də söküntü davam edir, hələ də yaşayış olsa belə

"Sovetski"də söküntü davam edir, hələ də yaşayış olsa belə
Gözlə

No media source currently available

0:00 0:01:51 0:00

«İNSANLARI NİYƏ İNCİDİRSİNİZ?»

Şikayətçinin deməsinə görə, prezidentin ev tikintisi ilə bağlı son vaxtlar verdiyi göstərişlərdən ürəklənərək, bu ilin fevralında yarımçıq qalmış tikintini davam etdirməyə başlayıb. İki otaq tikdikdən sonra elektrik enerjisinin çəkilişi üçün ASAN Xidmətə müraciət edib. Məsələ asanlıqla həllini tapıb. Evdə təmir işləri də aparılıb. Köçəköç vaxtı yetişəndə – martın əvvəli qapıya dirənən buldozer tikilini alt-üst edib:

«Dedim, niyə sökürsünüz? Əgər sənədlərimdə nəsə qaydasında deyilsə, deyin, mən də sizə kömək edim, birlikdə sökək. Əgər hər sənədim qaydasındadırsa, tikinti qanunidirsə, niyə insanları incidirsiniz?».

«8 MİN VER, TİK»

Söküntü işləri yarımçıq saxlanılıb. Ancaq yenə «şirinlik» söhbəti baş tutmadığından, bir neçə gün sonra Malik Hüseynovu ərazidən uzaqlaşdırıb qurumun göndərdiyi ağır texnika söküntünü başa çatdırıb:

«Dedilər, ««tası» 10 min manatdır, sənə güzəştə gedirik, 8 min ver, tik». İcra nümayəndəsi danışırdı, mən də səsini yazdım. Qəflətən gəldilər, əlli-ayaqlı tutub apardılar məni 14-cü polis bölməsinə. Telefonu əlimdən alıb yazdıqlarımı, çəkdiklərimi sildilər. Özümü də 51 manat cərimələdilər. Guya polisə müqavimət göstərmişəm. Cibimdə qəpiyim də yox idi, gecəylə qohum gəldi, 51 manatı verib məni bölmədən çıxartdı. Demək istəyirəm ki, dövlət vətəndaşına yuva qurmağa kömək göstərməkdənsə, min əziyyətlə qurduğunu uçurdur, üstəlik alnına da «cinayətkar» damğası vurur».

«Xutor» sakinləri evlərinin sökülməsinə etiraz edir -[Video]

'Xutor' sakinləri evlərinin sökülməsinə etiraz edir
Gözlə

No media source currently available

0:00 0:04:52 0:00

«MƏHKƏMƏYƏ MÜRACİƏT ETSİN»

Sabunçu rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildiriblər ki, Malik Hüseynov evi kənd təsərrüfatı təyinatlı torpaqda tikdiyi üçün sökülüb:

– Rüşvət istənilməsi ilə bağlı dedikləri yalandır. Ona xəbərdarlıq olunmuşdu ki, torpaqda yalnız kənd təsərrüfatı işləri ilə məşğul olmaq olar.

– Şikayətçi bildirir ki, həmin ərazidə torpaqların hamısı kənd təsərrüfatı təyinatlıdır. Ancaq çoxlu sayda evlər tikilib.

– Narazılığı varsa, məhkəməyə müraciət etsin.

«BELƏ TORPAQLARIN TƏYİNATI DƏYİŞƏCƏK»

Hüquqşünas Vaqif Alıyev deyir, əgər ətrafda başqa yeni tikililər varsa, bu, artıq vətəndaşa orada ev tikməyə imkan verirdi: «Bakıda kənd təsərrüfatı təyinatlı torpaq yalnız kağız üzərində qalıb. Bakıətrafı qəsəbələrdə, kəndlərdə belə torpaqlarda minlərlə ev tikilib. Yaxın vaxtlarda Nazirlər Kabineti belə təyinatlı torpaqların təyinatını dəyişəcək. Çünki bu torpaqlardan sovet vaxtı kənd təsərrüfatı məqsədilə istifadə olunub. Hazırda faktiki belə təyinatlı torpaqların əraziləri yaşayış massivlərinə çevrilib».

Hüquqşünas deyir, hazırda Dövlət Reyestr Xidmətinin kənd təsərrüfatı təyinatlı torpaqlara görə vətəndaşlara verdiyi sənəd həmin torpaqlarda ev tikməyə imkan verir.

XS
SM
MD
LG