Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 16:39

İ.Əliyev partlayışla bağlı sərəncam imzaladı, cinayət işi də açıldı


-

Azərbaycan prezidenti İlham Əliyev Müdafiə Sənayesi Nazirliyinin (MSN) “Araz” zavodunda baş vermiş partlayışla əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb.

Partlayışda 2 nəfər ölüb, çoxlu yaralı var.

Partlayış belə baş verdi - video

Sərəncama əsasən baş vermiş hadisənin səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədilə MSN-nin Şirvan şəhərində yerləşən “Araz” zavodunda baş vermiş partlayışla əlaqədar aşağıdakı tərkibdə Dövlət Komissiyası yaradılıb:

ŞİRVANDAN CANLI YAYIM

Komissiyanın sədri:

Yaqub Eyyubov – Azərbaycan Respublikası baş nazirinin birinci müavini

Komissiyanın üzvləri:

Yavər Camalov – Müdafiə sənayesi naziri
Zakir Həsənov – Müdafiə naziri
Zakir Qaralov – Baş prokuror
Mədət Quliyev – Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi
Vilayət Eyvazov – Daxili işlər nazirinin birinci müavini
Səlim Müslümov – Əmək və əhalinin sosial müdafiəsi naziri
Faiq Tağı-zadə – Fövqəladə hallar nazirinin müavini
Abbas Vəlibəyov – Səhiyyə nazirinin müavini
Mərdan Camalov – Şirvan şəhər İcra Hakimiyyətinin başçısı.

Silah zavodunda partlayış anları
Gözlə

No media source currently available

0:00 0:01:11 0:00

Sərəncamla müəyyən olunub ki, Dövlət Komissiyası hadisənin səbəblərini və şəraitini araşdıraraq onun nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər müəyyənləşdirməli və həyata keçirməli, hadisə nəticəsində xəsarət alanların müalicəsini və onlara digər zəruri yardım göstərilməsini təmin etməli, görülmüş işlər haqqında Azərbaycan prezidentinə məlumat verməli, Baş Prokurorluq Daxili İşlər və Fövqəladə Hallar nazirlikləri ilə birlikdə baş vermiş hadisə ilə əlaqədar istintaq tədbirlərini həyata keçirməlidir.

Şirvandakı partlayışdan daha bir video. Azadlıq Radiosuna Elnur Salmanlı adlı Facebook istifadəçisi yollayıb.
Gözlə

No media source currently available

0:00 0:00:36 0:00

Partlayışa görə cinayət işi açıldı

Baş Prokurorluq, daxili işlər və fövqəladə hallar nazirliyi birgə Şirvan şəhərindəki “Araz” zavodunun utilizasiya sahəsində baş verən partlayışla bağlı məlumat yayıb.

Məlumatda qeyd edilir ki, hadisə iyulun 26-sı saat 15:30 radələrində baş verib. Dərhal hadisə yerinə fövqəladə hallar, müdafiə sənayesi, daxili işlər, səhiyyə nazirliklərinin və Baş Prokurorluğun əməkdaşları yollanıblar. Fövqəladə Hallar Nazirliyinin maşın, mexanizm və canlı qüvvəsi bu prosesə cəlb edilib.

“Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 24 nəfər Şirvan Mərkəzi Şəhər Xəstəxanasına və Şirvan Şəhər Diaqnostika Mərkəzinə çatdırılıb. Tibb müəssisələrinə yerləşdirilən şəxslərdən 14-nə ambulator yardım göstərilərək evə buraxılıb. Digər 7 nəfərin vəziyyəti yüngül, 3 nəfərin isə orta ağır qiymətləndirilməklə müalicələri davam etdirilir” – açıqlamada bildirilir.

Məlumatda qeyd edilir ki, fakta görə, CM-nın 223.2 (partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (Səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.

Partlayışın zavodun utilizasiya sahəsində vaxtı keçmiş müxtəlif kalibrli döyüş sursatlarının utilizasiyaya ( tullantının təkrar istifadəyə hazırlamaq) hazırlıq prosesində baş verdiyi qeyd edilir.

“Hadisənin baş vermə səbəblərinin müəyyən edilməsi məqsədi ilə cinayət işi üzrə kompleks məhkəmə yanğın-texniki, partlayış, fiziki-texniki, materialşünaslıq, ekoloji, tikinti-texniki, əmtəəşünaslıq və məhkəmə tibbi ekspertizaları təyin edilib ”-məlumatda açıqlanıb.

Müdafiə Sənayesi Nazirliyi isə bir qədər əvvəl partlayışda 11 nəfərin yüngül xəsarət aldığını bildirmişdi.

XS
SM
MD
LG