Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:39

Vergilər Nazirliyi üçün yeni dəbdəbəli bina- FOTOLAR


Vergilər Nazirliyinin yeni binasının layihəsi
Vergilər Nazirliyinin yeni binasının layihəsi

►Yalnız dəmir-beton, polad və xarici üzlənməyə 150 milyon manat xərclənəcəyi bildirilir

Vergilər Nazirliyinin yeni binasının tikintisində Türkiyənin “Tekfen İnşaat” şirkəti də iştirak edəcək.

Tikinti ilə bağlı nazirliklə şirkət arasında müqavilə imzalanıb.

Bu haqda həmin şirkətin saytı xəbər verir.

Nazirliklə şirkətin razılaşmasına görə, “Tekfen İnşaat” yeni inzibati binanın dəmir-beton, polad və xarici üzlənməsini həyata keçirəcək.

Buna da bax: SOCAR-ın 335 milyon dollarlıq yeni binası (Fotoqalereya)

Nazirliyin yeni binasının 33 mərtəbədən ibarət olacağı bildirilir. Binanın ümumi hündürlüyü 169 metrə çatmalıdır.

Xüsusi arxitekturaya malik layihədə idarəetmə ofisləri, konfrans salonları, yeraltı avtomobil dayanacağı və istirahət sahələrinin tikiləcəyi açıqlanır.

Binanın ümumi dəyəri açıqlanmır.

Bununla belə, 2015-ci ilin sonunda Vergilər Nazirliyinin “Renaissance Construction Azerbaijan” MMC ilə bu binanın tikinti işlərinin satın alınması barədə müqavilə imzaladığı deyilir.

Satınalmalar üzrə Dövlət Agentliyinin məlumatına görə, həmin müqavilənin qiyməti 132 milyon 121 min 681,9 manatdır.

Ancaq ölkə mətbuatının yazdığına görə, həmin binanın tikintisinə bu müqavilədən öncədə müəyyən xərclər çəkilib. Məlumatlar tam şəkildə ictimaiyyətə çatdırılmayıb.

“Tekfen İnşaat” SOCAR-ın bu il istifadəyə verilən yeni binasının inşasında da iştirak etmişdi. Ölkə KİV-lərində binanın 335 milyon dollara başa gəlindiyi bildirilsə də SOCAR rəsmiləri bu rəqəmi təkzib etmişdilər. Ancaq onlar hər-hansı bir rəqəm açıqlamamışdılar.

Müstəqil ekspertlər indiki iqtisadi şəraitdə inzibati binaların tikintisinə böyük pulların xərclənməsini düzgün saymırlar. Onların fikrincə, həmin pullar islahat və əhalinin sosial problemlərinin həllinə yönəldilməlidir.

XS
SM
MD
LG