Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:43

Azərenerji və SOCAR-ın reytinqi salındı


-

Standard & Poor’s beynəlxalq reytinq agentliyi iki Azərbaycan şirkətinin reytinqinə yenidən baxıb.

Agentlik “Azərenerji” ASC və Dövlət Neft Şirkətinin (SOCAR) reytinq proqnozunu “stabil”dən “neqativ”ə endirib.

Standard and Poor's agentliyi uzunmüddətli reytinqlər müəyyən edərkən proqnozlardan istifadə edir. Proqnoz beş göstəricidə ifadə edilir. Bunlar “müsbət”(positive), “sabit”(stable), “mənfi”(negative), “dəyişkən”(developing) və “qeyri-müəyyən”(NM) dərəcələridir.

Agentlik proqnozu aşağı salıb.

Bu haqda Fins.az agentliyin bilgilərinə istinadən xəbər verir.

Agentlik “Azərenerji” ASC-nin uzunmüddətli və qısamüddətli kredit reytinini “ВВ/В”, SOCAR-ınkını da “ВВ” olaraq təsdiq edib.

“ВВ/В” “adekvat”, “ВВ” isə “zəif” reytinq dərəcəsi sayılır.

“Hesab edirik ki, hökumətlə bağlılığı olan hər iki şirkət dəstək ala bilərlər. Ancaq biz öz qiymətləndirməmizi apararkən bunu nəzərə almamışıq ”, - deyə agentliyin məlumatında bildirilir.

Buna da bax: Standard & Poor’s-dan bədbin proqnozlar

Agentliyin press-relizində daha sonra yazılır:

“Bununla belə biz şirkətlərin kredit reytinqi ilə ölkənin suveren reytinqini bərabərləşdirmirik. Bizim fikrimizcə, hökumət yaxın illərdə xüsusi dəstək nümayiş etdirə bilər. Bu isə “Azerenerji ” ASC-nin hökumət üçün çox mühüm qurum olmasından irəli gəlir”

Bir neçə gün əvvəl Standard & Poor’s Azərbaycanın xarici və milli valyutadakı uzunmüddətli kredit reytinqi ilə bağlı yeni proqnozunu açıqlamışdı. “Stabil” qiymətləndirilən proqnozu “neqativ”ə endirmişdi.

Proqnozun aşağı salınması ölkə iqtisadiyyatının zəifləməsi ilə izah edilmişdi.

Ekspertlər bunun ardınca şirkətlərin reytinqinə də yenidən göz atılacağını proqnozlaşdırırdılar.

Standard & Poor’s-dan əvvəl isə digər nüfuzlu reytinq agentliyi Moody’s da Azərbaycanın reytinqini endirmişdi.

“Moody`s” iyunda verdiyi proqnoza yenidən baxaraq, real ümumi daxili məhsulun (ÜDM) artımını 1 faizdən 2017-ci ilə 0 faizə qədər endirmişdi.

Buna da bax: SOCAR-ın futbol çempionatına sponsorluq etməsi (Karikatura)

XS
SM
MD
LG