Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:38

İlham Şaban: 'Hökumət təlatümün qarşısını alır'


Ilham Şaban
Ilham Şaban


Nazirlər Kabinetinin qərarı ilə benzinə aksiz vergisi və gömrük rüsumu müvəqqəti endirilib. Bir ton mühərrik benzininə aksiz vergisi 200 manatdan 1 manata salınıb. 92 markalı benzinə gömrük rüsumu 15 faizdən 0 faizə endirilib.

Bu qərar cəmi 60 gün qüvvədə olacaq.

Enerji məsələləri üzrə ekspert İlham Şaban AzadlıqRadiosuna müsahibəsində bunun səbəblərini izah edir:

– Bir müddət sonra Azərbaycana 92 markalı benzinin idxalı başlayacaq. Bu zaman daxili bazarda benzin bahalanmasın deyə aksiz vergisini 119 manat ucuzlaşdırıblar. Məqsəd balansın pozulmamasıdır. Bu, iki aylıq edilir, oktyabrın 15-də qüvvəsini itirəcək.

– Səbəb nədir?

– Heydər Əliyev adına Bakı neft emalı zavodunda paralel olaraq təmir və modernizasiya işləri aparılacaq. Bütün neft emalı zavodları ildə bir dəfə təmirə bağlanır. Bundan öncə zavodun rezervuarlarında yanacaq toplanır. Rezervuar parkında yanacaq daxili bazarı ödəyəcək qədər yığılır. Təmir adətən 25 gün çəkir. Və indiyə kimi təmir müddətində qıtlıq hiss olunmayıb. Ancaq indi Nazirlər Kabinetinin son qərarı bu dəfəki təmirin əvvəlkilərdən fərqləndiyini və daha uzunmüddətli olacağını göstərir. Dövlət Neft Şirkəti orda iki qurğunu modernizasiya edir.

Bu, adi iş deyil. 2015-2020-ci illərdə Bakı neft emalı zavodunun modernizə proqramı layihəsi çərçivəsində işlərin tərkib hissəsidir. Bir milyard dollarlıq layihədir, zavodun emal gücü 7,5 milyon tona çatdırılacaq. Tədricən “Avro-5” standartlarına keçiriləcək. Bu dəfə zavodun dayandırılması təxminən bir ay yox, bir qədər çox olacaq. Buna görə də daxil bazarın ehtiyacını rezervuar parkı hesabına ödəmək mümkün olmayacaq. Həmin benzinin idxalına ehtiyac yaranacaq.

– Deməli, bu yolla bazarda qiymət tənzimlənəcək və benzin bahalanmayacaq?


– Hökumət daxili bazarda hər hansı təlatümün qarşısını almaqdan ötrü bu addımı atır. Ölkədə idxala nəzarət olunmasa, nəyisə buraxsan, Azərbaycan sayağı, əl-qolunu yığışdırmaq mümkün olmayacaq. Hökumət bununla bazardakı qiymətə nəzarət edəcək. Aksiz vergisi birbaşa dövlətə rüsum şəklində ödənilən hissədir və dövlət ona çatacaq hissədən imtina edir. Bu yolla, dediyim kimi, həmin 60 gündə bazarın sabitləşməsinə çalışacaq.

Bunlara da baxın:
Ərzaq indi gömrükdə baha qiymətə rəsmiləşdirilir - səbəbi burada
Nardaran işində: 'Cinsiyyət orqanımızın üstünə çıxıb təpikləyirdilər'

XS
SM
MD
LG