Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 13:44

Qazaxıstan öz "Game of Thrones"ini çəkir


Qazaxıstanda çəkilmiş "Qazax eli" filmindən bir kadr.
Qazaxıstanda çəkilmiş "Qazax eli" filmindən bir kadr.

-

Qayaların arxasından baxan ağır zirehli döyüşçülər, səhralarda uzun nizəli əsgərlər, havada yellənən bayraqlar. Nərə çəkən əsgərlərin düşərgələrindən qılınc əldə döyüşə enməsi. Xəzli papaqlar, qadın döyüşçülər, ağ dəvələr – bütün bunlar orta əsrlərdə baş verən hadisə deyil, Qazaxıstanda “Game of Thrones” – stilində çəkilən yeni teleserialdandır.

Filmdə 1465-ci ildə monqolların idarə etdiyi Qızıl Orda dövlətinin dağılmasından doğulan ilk Qazax xanlığından bəhs olunur. Məhz bu xanlıq müasir müstəqil Qazaxıstanın əcdadı sayılır.

Buna da bax: "Qazax xanlığının 550 illiyi qeyd edilir"

10 seriyadan ibarət olacaq tarixi epopeyanın rejissoru Rustem Abdrashev-dir. Onun üzərinə çox çətin bir missiya qoyulub, Qazaxıstanın keçmişini kinoya daşımalıdır:

Rejissor Rustem Abdrashev "Qazax eli" filminin çəkilişində.
Rejissor Rustem Abdrashev "Qazax eli" filminin çəkilişində.

“Mənim ölkəmin tarixi, mənim xalqım tarixi və onların necə ortaya çıxdıqları olduqca önəmlidir həm də maraqlıdır. Bu gələcək nəsillər üçün baxıb əməl etməyə və özünüdərkə yaxşı nümunə olacaq” – deyə Rustem Abdrashev “eurasianet.org” saytına bildirib.

Qazax xanlığı haqda film çəkmək məsələsi 2015-ci ildə Qazaxıstanın dövlətçiliyinin 550 illiyini keçirməsi zamanı yəqinləşib. Keçirilən bayram tədbirlərindən birində prezident Nursultan Nazarbayev Qazaxıstanın “uzun tarixini” ekrana daşımaq gərəkdiyini bildirib.

Əslində bayram tədbirlərinin keçirilməsi və film çəkilişləri elə də gözlənilən hal deyildi. Bu işlərə maraq Rusiya Prezidenti Vladimir Putinin Qazaxıstanın yaxın onilliklərdə meydan çıxdığı haqda yüngülcə haşiyəsindən sonra yaranıb. Kalonial tərzdə deyilmiş bu söz Qazaxıstanda çox adamın qüruruna toxunub.

Buna da bax: "Anaya aparan yol"un çəkilişləri bitib

“Gəlin Putinin dediyini yadımıza salaq, O Qazaxıstanı tarixi olmayan bir ölkə adlandırmışdı. Əlbəttə bu bizə möhkəmcə təsir etdi” – deyə filmin prodüsseri Arman Asenov danışır.

Qazaxca çəkilən film ekrana çıxdıqdan sonra ilk növbədə rus dilində dublyaj olunacaq, bundan sonra o ingilis, türk və çin dillərinə də tərcümə olunacaq.

Filmin yaradıcıları düşünür ki, bu eynilə “Köçəri” (Nomand) və “Myn Bala” filmləri kimi Qazaxıstanı xaricdə tanıtmaq üçün yaxşı yumuşaq güc olacaq. (Qeyd etmək lazımdır ki, Astana hələ də onun qərbdə “Borat” filmi ilə tanınmasından narahatdır).

İqtisadi böhranın şiddətləndiyi günlərdə filmin yaradıcıları kəmərlərini sıxmaq məcburiyyətində qalıblar. Astana filmə cəmi 3 milyon tenge (indiki kursla 5,5 milyon dollar) büdcə ayırıb, yerdə qalan hissə isə yəqin ki, şəxsi fondlar vasitəsilə ödəniləcək.

"Qazax xanlığı" adlanan filmi film ekranlara mart ayında çıxacaq.

“Bu film eynilə "Game of Trones" kimi çoxlu insanın dramatik taleyindən bəhs edəcək” – deyə filmin prodüsseri Asenov bildirib.

Mənbə: eurtasianet.org

Qazaxıstanın yeni çəkdiyi: "Qazax xanlığı" serialının treyleri.
XS
SM
MD
LG