Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:54

Nazir: 'Bizim qonşularımız da neftin bir barrelini 40 dollardan götürüb'


Energetika naziri Natiq Əliyev
Energetika naziri Natiq Əliyev

Energetika naziri Natiq Əliyev təklif edir ki, gələn ilin büdcəsində neftin 1 barrelinin qiyməti 40 dollardan hesablansın

Gələn ilin dövlət və icmal büdcələri layihəsinin Milli Məclisə təqdim edilməsinə bir aydan da az vaxt qalıb. Neftin qiyməti məsələsi yenə büdcə müzakirələrinin əsas xətti sayıla bilər. Söhbət büdcə gəlirlərini hesablarkən, bir barel xam neftin satış qiymətinin neçə dollardan götürülməsindən gedir. Gələn ilki büdcənin əsas göstəriciləri hələ açıqlanmasa da, artıq «rəsmi ağız»dan ilk fikir səslənib.

Buna da bax:​ Neft gəlirləri azalıb

«Mənim şəxsi fikrimdir»

Energetika naziri: "Hesab edirəm ki, indiki şəraitdə bu rəqəm ən optimaldır. Bu, mənim şəxsi fikrimdir"

Energetika naziri Natiq Əliyev bildirib ki, 2017-ci ilin dövlət büdcəsində neftin bir barrelinin baza qiymətini 40 dollardan hesablamaq lazımdır (APA).

Nazirin sözlərinə görə, bu rəqəm indiki şəraitdə optimal və daha realdır: "Neft hasilatçısı olan bir sıra ölkələr, o cümlədən bizim qonşularımız da gələn ilin dövlət büdcəsində neftin bir barrelinin baza qiymətini 40 dollardan götürüb. Hesab edirəm ki, indiki şəraitdə bu rəqəm ən optimaldır. Bu, mənim şəxsi fikrimdir".

Bu ilin dövlət büdcəsində neftin bir barrelinin qiyməti öncə 50 dollardan götürülmüşdü, ancaq neft ucuzlaşandan sonra büdcəyə dəyişiklik edildi və o rəqəm 25 dollara endirildi.

«Dövlət büdcəsinin formalaşması, hələlik, birbaşa neftdən asılıdır»

Azər Mehtiyev: "Müşahidə və təhlillər göstərir ki, neftin qiyməti hələ bir neçə il bu dəhlizdə «oynayacaq»"

İqtisadçı ekspert Azər Mehtiyev deyir ki, Azərbaycan dövlət büdcəsinin formalaşması, hələlik, neft gəlirlərindən və neftin qiymətindən birbaşa asılı qalır: "Buna görə də, neftin qiymətinin səviyyəsi büdcəyə həlledici təsir göstərir. 2016-ci ilin büdcəsi formalaşdırılarkən, dünya neft bazarında qiymətlərin düşmə tendensiyası açıq görünürdü. Həmin dövrdə bütün beynəlxalq qiymətləndirmələrdə də neftin yenə ucuzlaşacağı vurğulanırdı. Ötən ilin 2-ci rübündən bəri neftin qiyməti 40-55 dollar arasında var-gəl edir. Müşahidə və təhlillər göstərir ki, neftin qiyməti hələ bir neçə il bu dəhlizdə «oynayacaq»".

Buna da bax:​ Baş nazir hədəfdə...

Ekspert neftin qiymətinin daha aşağı, tutalım, 30 dollar olması ssenarisi üzərində də hökumətin işləməsini arzulayır.

Həmin baxışa dayanan ekspert gələn ilin büdcəsində neftin qiymətinin 40 dollar götürülməsini normal sayır.

«Hökumət 30 dollar ssenarisi üzərində də işləsin»

Ekspert neftin qiymətinin daha aşağı, tutalım, 30 dollar olması ssenarisi üzərində də hökumətin işləməsini arzulayır: «Büdcənin bir variantı bu qiymət nəzərə alınmaqla hazırlansın. Əslində, indiki vəziyyətdə hökumətin büdcəni bir neçə variantda hazırlaması daha doğru yanaşma olardı. Bu, sonradan büdcədə dəyişikliklərə getmək zərurətini aradan qaldırar və siyasətə daha çox müəyyənlik gətirər».

Buna da bax:​ Yaxın illərdə neft elə 30 dollar ola bilər

«40 dollardan götürülməsi normaldır»

Başqa bir iqtisadçı ekspert - Natiq Cəfərli də neftin qiymətini büdcədə 40 dollardan götürməyi normal sayır: «Proseslər onu göstərir ki, gələn il də neft qiymətləri 35-50 dollar arasında dəyişəcək. Ortalama 40 dollar olması ehtimalı çox böyükdür».

XS
SM
MD
LG