Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:50

Subsidiya almaq istəyirsən barama istehsal elə...


Şəki İpək kombinatı
Şəki İpək kombinatı

Azərbaycanda barama istehsalı ilə məşğul olan şəxslərə subsidiya veriləcək.

Prezident İlham Əliyev sentyabrın 15-də bununla bağlı sərəncam imzalayıb. Bu haqda ölkə başçısının rəsmi internet saytı xəbər verir.

Sərəncamın imzalanmasında məqsəd ölkədə kənd təsərrüfatının ənənəvi sahələrindən olan ipəkçiliyin inkişafına dövlət dəstəyini gücləndirmək, barama istehsalı ilə bağlı əhalinin məşğulluğunu artırmaqdır.

Buna da bax:​ Ekspertlər pambıqçılığın inkişafında siyasi məqsəd görür

Sərəncama əsasən, dövlət büdcəsindən istehsalçılara barama emalı və ipək istehsalı müəssisələrinin qəbul etdiyi yaş baramanın hər kiloqramına görə, subsidiya müəyyən ediləcək.

Bu il ölkədə 70 ton barama istehsal edildiyi bildirilir.

Veriləcək subsidiyanın məbləğini və verilmə qaydasını ölkə başçısı ilə razılaşdırmaqla Nazirlər Kabineti müəyyən edəcək.

Hökumətin qərarına əsasən, 2007-ci ildən yanacaq və motor yağlarının istifadəsinə görə fermerlər 1 hektara 50 manat subsidiya alır. Həmin vaxt ölkədə yanacağın qiyməti artırılmışdı.

Buna da bax:​ Fermerlərə 82 milyon subsidiya

Buğda, çəltik, pambıq, tütün əkininə görə də, qeyd edilən məbləğə 40 manat əlavə edilir.

Bu il ölkədə 70 ton barama istehsal edildiyi bildirilir.

XS
SM
MD
LG