Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:30

Rövnəq Abdullayev 22 ilin uğurlarından yazdı


Rövnəq Abdullayev
Rövnəq Abdullayev

SOCAR prezidenti Rövnəq Abdullayevin neft kontraktlarının imzalanmasının 22-ci ildönümü ilə bağlı «Azərbaycan» qəzetində məqaləsi dərc edilib.

R.Abdullayev yazır ki, hazırda SOCAR və onun 18 törəmə şirkətləri hasilatın pay bölgüsü sazişi üzrə 15 ölkəni təmsil edən 25 şirkətlə əməkdaşlıq edir.

O, bildirir ki, ölkənin neft-qaz sektoruna 54.4 milyard ABŞ dolları sərmayə qoyulub.

SOCAR prezidentinin yazmasına görə, 2014-cü il sentyabrın 1-dək Azərbaycanın ixrac neft kəmərləri sistemi ilə dünya bazarlarına 384 milyon tona yaxın neft ixrac olunub. O cümlədən BTC ilə 254.9 milyon, Bakı-Supsa kəməri ilə 69.1 milyon, Bakı-Novorossiysk kəməri ilə 39.1 milyon və dəmiryol ilə 20.5 milyon ton neft daşınıb.

345 MİLYON TON NEFT VƏ 100 MİLYARD KUBMETR QAZ...

R.Abdullayev vurğulayır ki, «Azəri-Çıraq-Günəşli» yataqlar blokundan 345 milyon ton neft və 100 milyard kubmetr qaz hasil edilib.

R.Abdullayev xaricə neft-qaz nəqlinə də toxunur. «Faza-1» üzrə hazırda çıxarılan 9 milyard kubmetr qaza daha 16 milyard kubmetr mavi yanacağın əlavə olunacağını bildirir.

Buna da bax-'Hökumət SOCAR-ı özəlləşdirməyə hələ hazır deyil'

SOCAR prezidenti artıq «Faza-2» üzrə mühəndis-layihələndirmə, tikinti və təchizat işlərinə start verildiyini vurğulayır: «Bu nəhəng layihə çərçivəsində Xəzər dənizində ən qabaqcıl sualtı hasilat texnologiyalarının tətbiqi ilə Azərbaycandan Avropaya qədər 3500 km uzunluğunda boru sistemi qurulacaq».

3 MİN NEFTÇİ MƏNZİL ALIB

SOCAR prezidenti bu illər ərzində neftçilərə göstərilən qayğıdan da bəhs edib. O qeyd edib ki, son 10 ildə 3 minə yaxın neftçi ailəsi mənzillə təmin olunub: «2010-cu ildə bu məqsədlə yaratdığımız «Neftçi» Mənzil Tikinti Kooperativi uğurla çalışaraq, fəaliyyəti dövründə 1826 neftçi ailəsinə mənzil verilməsini təmin etmişdir. Hazırda SOCAR üzrə 3392 nəfər mənzil uçotundadır. Onların da 2950 nəfəri Bakıda, qalanı isə respublikamızın müxtəlif rayonlarında yaşayır».

140 MİLYARD MANATIN TALEYİ...

Ancaq Azərbaycan müxalifəti hesab edir ki, bu illər ərzində ölkəyə gələn böyük neft pullarından heç də səmərəli istifadə edilməyib. Ölkəyə təqribən 140 milyard manat vəsait gəldiyini yada salan opponentlərin fikrincə, bu vəsaitin böyük hissəsi mənimsənilərək ölkədən çıxarılıb.

XS
SM
MD
LG