Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:30

'Cibimdə üzvlük kartı görən kimi 10 nəfər məni qan qusana qədər döydülər'


Nardaran məhbusundan məhkəməyə əlavə şikayət məktubu (1-ci hissə)
Nardaran məhbusundan məhkəməyə əlavə şikayət məktubu (1-ci hissə)

Nardaran məhbusu: ‘Otağa girib-çıxan polislər başıma vurub keçirdilər’

Nardaran olaylarına görə həbs olunanlardan Sahil Rzayev Bakı Apelyasiya Məhkəməsinə vəkillərindən əlavə şikayət təqdim edib.

O, şikayətində saxlanılmasının tarixçəsindən və üzləşdiyi rəftardan bəhs edir.

Bu haqda onun vəkillərindən Elçin Sadıqov məlumat verib. Vəkil S.Rzayevin işgəncələrə məruz qalmasının detalları haqda məhkəmə zamanı açıqlama verəcəyini bildirib.

Buna da bax:​ Polis: 'Bir əlində bıçaq, birində beşbarmaq, sağ cibində qumbara, sol cibində kitabça vardı'

Nardaran məhbusundan məhkəməyə əlavə şikayət məktubu (2-ci hissə)
Nardaran məhbusundan məhkəməyə əlavə şikayət məktubu (2-ci hissə)

S.Rzayev məhkəməyə ünvanladığı apelyasiya şikayətində isə qeyd edir ki, ötən il noyabrın 5-də, “Müsəlman Birliyi” Hərəkatının sədr müavini Elçin Qasımovun saxlandığı Sabunçu Rayon Polis İdarəsinin qarşısında polislərin hücumuna məruz qalıb.

“Əllərimizi qandallayıb üzüaşağı uzatdılar...”

“Başıma zərbə vurduqları üçün huşumu itirmişdim. İdarənin içində ayılanda çox sayda dindarın tutulduğunu gördüm. Saxlanılan bütün dindarların əllərini arxadan qandallayıb üzüaşağı uzatdılar. Polislər idarənin hər hansı bir otağına keçmək istədikdə üstümüzə çıxıb əzə-əzə keçirdilər”, şikayətdə qeyd olunur.

O daha sonra yazır:

“Cibimdən 5 ədəd “Müsəlman Birliyi” Hərəkatına aid olan üzvlük kartı çıxartdılar. Bu kartları gördükdən sonra idarənin təxminən 10 işçisi məni əli qandallı qan qusana qədər döydülər. İdarənin ikinci mərtəbəsində, rəisin otağının giriş hissəsində üzüaşağı uzatdılar. Otağa girib-çıxan bütün polislər başıma vurub keçirdilər”, S.Rzayev şikayətində yazır.

Buna da bax:​ Nardaran işi: 'Cinsiyyət orqanımı tapdalayan bu idi'

Şikayətdə həmçinin qeyd edilir ki, həmin gün saxlanılan səkkiz nəfərə - Lətif Əhmədova, Niftəli Vəliyevə, Elvin Bünyadova, Anar Əliyevə, Elxan İsgəndərova, Elçin Qasımova, Ağaəli Yahyayevə və Teymur Osmanova polisə müqavimət, xuliqanlıq ittihamı ilə cinayət işi açılıb. Bir gün sonra isə cinayət işini ləğv edib, saxlanılanları sutkalıq həbsə göndəriblər.

Polis rəisinin təklifi...

Noyabrın 20-də Sahil Rzayev yazmasına görə, Elvin Bünyadov və Teymur Osmanovla birgə azad olunub. Həbsdən çıxıb yaşadığı Lənkərana gedən S.Rzayev Nardaran olaylarına görə, rayondaca saxlanılıb. Onu Bakıya gətirib, Yasamal Rayon Polis İdarəsinə təhvil veriblər.

Şikayətdə qeyd olunur ki, polisdə iki təklif alıb:

“Mənə dedilər. 'Sənə maşın, ev veririk və aylıq maaşa salırıq. Bu şərtlə razılaşıb, ya bizimlə birgə işləyəcəksən, ya da səni uzun müddətli həbsə göndərəcəyik”. Onların təklif etdiyi birinci şərti qəbul etmədiyim üçün məni yenidən “polisə müqavimət” adı ilə 25 sutka həbs etdilər. Sutkanın sonuncu günü dekabr ayının 10-da Bakı şəhər Baş Polis İdarəsinin cinayət-axtarış bölməsinin əməkdaşı məni Binəqədidə qəbul etdi, həmin təklifi orada da verdilər”.'

Şikayətçi nəql edir ki, təklifi qəbul etmədiyindən ona Cinayət Məcəlləsinin 315.2 və 221.2-ci maddələri ilə cinayət işi açılıb. Sonradan 221.2-ci maddəni ləğv edilib, yerinə 233-cü (icazəsiz mitinq) maddə əlavə olunub.

Buna da bax:​ Nardarandakı dini icma qeydə alınıb

Sabunçu Rayon Məhkəməsi S.Rzayevi 6 il 6 ay müddətinə azadlıqdan məhrum edib.

Sabunçu Rayon Məhkəməsi S.Rzayevi 6 il 6 ay müddətinə azadlıqdan məhrum edib.

S.Rzayev məhkəmənin heç bir sübut, dəlil olmadan hökm verdiyini qeyd edir. O, məhkəmənin Sabunçu Rayon Polis İdarəsinin təhlükəsizlik kameralarındakı çəkilişləri tələb etmədiyini, gərəkli araşdırmalar aparmadığını vurğulayır.

Vəkilləri S.Rzayev və digərləri barədə Sabunçu Rayon Məhkəməsinin hökmünün ləğv edilməsini tələb edirlər.

Dövlət qeydiyyatı olmayan “Müsəlman Birliyi” Hərəkatının üzvləri Sahil Rzayev, Niftəli Vəliyev, Anar Əliyev, Elvin Bünyadov, Lətif Əhmədov və Teymur Osmanov Nardaran olayları zamanı həbs olunublar. Onlar Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci maddələri ilə (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) ittiham olunublar.

Dövlət qeydiyyatı olmayan “Müsəlman Birliyi” Hərəkatının üzvləri Sahil Rzayev, Niftəli Vəliyev, Anar Əliyev, Elvin Bünyadov, Lətif Əhmədov və Teymur Osmanov Nardaran olayları zamanı həbs olunublar.

Sabunçu Rayon Məhkəməsi S.Rzayevi 6 il 5 ay 15 gün, N.Vəliyevi 5 il 11 ay 10 gün, A.Əliyevi 5 il 11 ay, E.Bünyadovu 6 il 1 ay 15 gün, L.Əhmədovu 5 il 11 ay 20 gün, T.Osmanovu isə 5 il 11 ay 15 gün müddətinə azadlıqdan məhrum edib.

Həmin hökmdən verilən apelyasiya şikayətinə sentyabrın 23-də baxılacaq.

Buna da bax:​ 6 dindar 36 il azadlıqdan məhrum edildi

Ancaq hüquq mühafizə orqanları əməkdaşları Nardaran olaylarına görə keçirilən məhkəmələrdə tutulanlara işgəncələr verilməsi haqda deyilənləri təkzib ediblər.

Nardaran olayları

“Müsəlman Birliyi” Hərəkatı ilə bağlı ümumilikdə 70-dən çox şəxsin həbs edildiyi bildirilir.

Güc orqanları 2015-ci il noyabrın 26-da Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçiriblər. Bu zaman ikisi polis olmaqla 6 şəxs həlak olub. Həmin gün “Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırov və onun tərəfdarları həbs edilib.

“Müsəlman Birliyi” Hərəkatı ilə bağlı ümumilikdə 70-dən çox şəxsin həbs edildiyi bildirilir. Onların bir neçə qruplar şəklində məhkəməsi keçirilir. Taleh Bağırov və daha 17 nəfərin məhkəməsi ayrılıqda gedir. Onunla saxlananlar qətldə, daha bir çox ağır cinayətlərdə ittiham edilir. Özləri bu ittihamları rədd ediblər.

XS
SM
MD
LG