Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:43

Polis: 'Qiyas İbrahimovun üzərindən sellofana bükülmüş narkotik aşkar etdik...'


Qiyas İbrahimov
Qiyas İbrahimov

“Mənim oğlum çox saf uşaqdı. O, Heydər Əliyevin heykəlinə yazı yazdığına görə həbs olunub. Mən oğlumu 1 manat pulla dərsə yola salıram. O, narkotikdən istifadə edə bilər?".

Həbsdə olan gənc fəal Qiyas İbrahimovun anası Şura Əmiraslanova oktyabrın 4-də məhkəmədə ifadəsində belə deyib. O, Bakı Ağır Cinayətlər Məhkəməsində Qiyasın işi üzrə əlavə şahid qismində dindirilib.

Şura Əmiraslanova ifadəsində evlərindən narkotik çıxması məsələsinə də toxunaraq, bildirib ki, evə narkotiki polislər özləri atıb, özləri də götürüblər: “Axşam saat 7 radələri idi, mən evdəydim. Oğluma yemək hazırlamağa qalxanda, gördüm ki, evə hay-küylə 15-ədək adam girdi və məndən Qiyasın anası olub-olmadığımı soruşdu. Mənə dedilər ki, “oğlunuz narkotik alveri ilə məşğuldur”. Qiyas dedi ki, "ana, qorxma, onlar məni siyasi fəaliyyətimə görə yalandan ittiham edirlər". Yatağıma narkotik qoydular. Mən polis əməkdaşlarından niyə belə etdiklərini soruşdum. Dedilər ki, “narkotiki onlar yox, guya Qiyas qoyub". Mən onda bildim ki, oğluma, həqiqətən, şər atırlar".

Buna da bax:​ Qiyas: «Polis dedi, istəyirsən narkotikin yanına silah da qoyaq?»

“Dedi ki, “sakit dur, istəyirsən, narkotikin üstünə tapança da qoyum?"

Məhkəmə iclasında polis əməkdaşı Sehran Lütvəliyev də şahid qismində dindirilib. O, ifadəsində deyib ki, bu il mayın 10-da Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklərə Qarşı Mübarizə İdarəsinə əməliyyat məlumatı daxil olub və onun əsasında əməliyyat qrupu yaradılıb: "Daha sonra biz Qiyas İbrahimovu saxladıq və onun üzərinə baxış zamanı sellofana bükülmüş narkotik maddə aşkar edilərək götürüldü".

Qiyas polis əməkdaşının yalan danışdığını bildirib: "Evə gedəndə mən buna dedim ki, imkan verin, anamla görüşüm. Bu adam da mənə dedi ki, “sakit dur, istəyirsən, narkotikin üstünə tapança da qoyum?".

Buna da bax:​ Polislər Qiyası necə tutduqlarından danışdı

Məhkəmə oktyabrın 11-də davam edəcək.

Qiyas İbrahimov başqa bir gənc fəal Bayram Məmmədovla birgə mayın 10-da saxlanıb. Mayın 12-də Xətai Rayon Məhkəməsi hər iki gənc haqqında 4 aylıq həbs-qətimkan tədbiri seçib. Onlar Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələr, psixotrop maddələr hazırlama, istehsal və əldəetmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham edilirlər. İttihamlar təsdiqlənərsə, gəncləri 5 ildən 12 ilədək həbs gözləyir. Digər gəncin - Bayram Məmmədovun işi üzrə istintaq hələ bitməyib. Hər iki gənc ittihamla razılaşmayaraq, işgəncə altında ifadə verməyə məcbur edildiklərini bildirir.

Daxili İşlər Nazirliyi və Ombudsman Aparatı gənclərə işgəncə verilməsini təkzib edib.

Buna da bax:​ Qiyas İbrahimov ona verilən işgəncələri danışır (Video)

Gənclərin keçmiş prezident Heydər Əliyevin abidəsinə şüar yazdıqlarına görə həbs edildiyi güman olunur.

XS
SM
MD
LG