Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:27

Tüstü bacasını kimə təmizlətdirmək olar?


Bakıda binaların tüstü bacası. 21okt2016
Bakıda binaların tüstü bacası. 21okt2016

“Dəm qazından zəhərlənmədən sonra xəstədə qıcolma yaranıb. Ona sakitləşdirci vurulandan yatır”.

Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudov xəstənin sakitləşməyə ehtiyacının olduğunu, ona görə də onunla danışa bilməyəcəyimizi deyir.

Xəstəxana qapısında gözləyən başqa bir xəstə yaxını isə göz yaşı içində ancaq “dəm qazından” deyə bilir.

“Həftədə 3-4 nəfər gətirirlər”

Havalar soyuyandan Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə müraciətlər artıb. Şöbənin müdiri Azər Maqsudov deyir ki, hələ indi müraciət edənlər azdır:

Azər Maqsudov: 'Havalar çox soyumayıb. Ona görə hələ həftədə 3-4 nəfər gətirirlər'
Gözlə

No media source currently available

0:00 0:00:33 0:00
Direct-ə keçid

“Havalar çox soyumayıb. Ona görə hələ həftədə 3-4 nəfər gətirirlər. Havalar çox soyuyandan, şaxtalar düşəndən sonrasa dəm qazı ilə zəhərlənmələrlə bağlı müraciətlər də çoxalır”.

Buna da bax:​ Bacasız binada tüstüdən boğulanlar

Qış mövsümü rəsmi elan olunmasa da, artıq Bakıda qazdan partlayışlar, dəm qazından ölüm halları xəbərləri yayılmağa başlayıb. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, oktyabrın 21-də səhər Samux rayonunun Aşağı Ağasıbəyli kəndində evdə partlayış olub. Kənd sakini 55 yaşlı Naçar İsmayılov qaz sobasını yandırmaq istəyəndə partlayıb. Naçar İsmayılov və həyat yoldaşı Zemfira İsmayılova yanıq xəsarətləri alıblar. Onlar xəstəxanaya çatdırılıb. Partlayışın qaz sızmasından baş verdiyi bildirilir. Oktyabrın 20-də isə səhər Bakıda Qurbanovların evində qaz sızmasından törənən partlayışda 3 yaşlı uşaq ölmüşdü. Ekspertlərə görə, bu hadisələr qazın çəkilişi zamanı təhlükəsizlik tələblərinin qorunmaması və onun fasilələrlə verilməsindən irəli gəlir.

Belə bir qurum yoxdur

Uzun illər “Azəriqaz” İstehsal Birliyində çalışmış Nüsrət Qasımov hazırda müstəqil ekspert kimi fəaliyyət göstərir. O deyir, qazla bağlı partlayışların, dəm qazından ölüm hallarının əsas səbəblərindən biri də tüstü bacalarının təmizlənməməsidir:

Nüsrət Qasımov: 'İndi belə bir qurum yoxdur. Olsaydı, şampunu reklam eləyən kimi onu da eləyərdilər'
Gözlə

No media source currently available

0:00 0:00:28 0:00
Direct-ə keçid

“İndi belə bir qurum yoxdur. Olsaydı, şampunu reklam eləyən kimi onu da eləyərdilər ki, camaat bilsin. Sovet dönəmində rübdə bir dəfə tüstü bacaları yoxlanılırdı. Bu işi də Daxili İşlər Nazirliyindəki Yanğından Mühafizə Cəmiyyətinin işçiləri görürdü. 30-40 ildir ki, bu iş başlı-başına buraxılıb. Baş verən ölüm hadisələrinin də əksəriyyəti bununla bağlıdır”.

Ekspert deyir ki, əhali özü də məsuliyyətli olmalıdır: “Qazı yanılı vəziyyətdə qoyub dükan-bazara gedən kim, qaz yana-yana yatan kim. Adamların çoxu heç bilmir ki, tüstü bacaları təmizlənməlidir. Əlbəttə, buna məsul qurum olmalıdır, o da ki yoxdur”.

Buna da bax:​ Mindən çox adam qəsdən zəhərlənib

“Bacanı kimə təmizlətdirim?”

Bakı sakini Cahangir Məmmədov tüstü bacasını təmizlətdirmək istəyir. Deyir ki, istəyib əvvəlcə bu işi özü görsün. Ancaq qaş düzəldən yerdə vurub göz çıxaracağından qorxub, başlayıb dövlət qurumu axtarmağa. Əvvəlcə yaşadığı ərazi üzrə mənzil kommunal təsərrüfat idarəsinə müraciət edib. Ordan ona deyiblər ki, artıq bu işlə məşğul olmurlar, Fövqəladə Hallar Nazirliyinə getsin. Ordan da nazirliyin belə iş görmədiyi cavabını alıb:

'İndi mən qalmışam ki, bacanı kimə təmizlədim. Pulunu verib təmizlətdirmək istəyirəm, ancaq...'
Gözlə

No media source currently available

0:00 0:00:29 0:00
Direct-ə keçid

“İndi mən qalmışam ki, bacanı kimə təmizlədim. Pulunu verib təmizlətdirmək istəyirəm, ancaq bununla hara məşğul olur, tapa bilmirəm. Sovet vaxtında heç biz deməmiş, özləri gəlib ildə, ən azı, bir dəfə təmizləyirdilər. Sonra da deyirlər ki, bu qədər adam niyə boğulub ölür?”

Həkim toksikoloq Azər Maqsudov da deyir ki, dəm qazının yaranma səbəblərindən biri bacaların təmizlənməməsidir. İysiz, rəngsiz dəm qazı nasaz qaz cihazlarından, yaxşı işləməyən havalandırma sistemindən, dolmuş tüstü bacalarından yaranır:

“Bir adam dəm qazından o vaxt zəhərlənir ki, onun olduğu yerdə qapalı mühit yaranır. Bu cür hadisələr, əsasən, hamamda baş verir. Hamamın ölçüsü kiçik olur, qaz cihazı işləyir və tam ventilyasiya edilməmiş vəziyyətdə belə bir zəhərlənmə olur”.

Buna da bax:​ 'Əhaliyə verilən qaz keyfiyyətsizdir'

Həkim deyir ki, dəm qazından zəhərlənmiş adam dərhal havaya çıxarılmalı, təcili həkim çağrılmalıdır.

“Otağın havasını təmizləyirəm”

Keçən qış Kliniki Mərkəzinin toksikologiya şöbəsinə 120 müraciət olub. 70-dən çox adam xəstəxanaya yerləşdirləndən sonra həyata qaytarılıb.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, dəm qazından qorunmağın bir yolu kimi, tüstü bacaları, heç olmasa, ayda iki dəfə təmizlənməlidir. Cahangir Məmmədov kimi tüstü bacasını təmizlətdirmək istəyənlər isə bu işi görəcək bir qurum tapmır. Ona görə həyat yoldaşı Validə Məmmədova çıxış yolunu pəncərələrini tez-tez açıb havanı dəyişməkdə görür:

“Hər səhər kibriti əlimə götürəndə birinci pəncərəni açıb otağın havasını təmizləyirəm, sonra qazı yandırıram. Hamamı da tez-tez yoxlayıram. Əlimdən başqa nə gəlir ki?”

Buna da bax:​ "Hamamdaydım, gözümü açanda özümü xəstəxanada gördüm"

“Azəriqaz” İstehsalat Birliyindən də bildirdilər ki, tüstü bacalarının təmizlənməsi qurumun səlahiyyətinə daxil deyil. Onlar ancaq mənzillərə baxış keçirir, tüstü bacalarının təmizlənməsi ilə bağlı xəbərdarlıq edir.

XS
SM
MD
LG