Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 05:46

Müsavat: 'Gənclərin həbsi repressiya aktıdır'


Tapdiq Məmmədov və Elmir Təhmin (kombo foto)
Tapdiq Məmmədov və Elmir Təhmin (kombo foto)

Müsavat Partiyası gənc fəallarla bağlı yeni həbs dalğasının başlanmasından narahatdır.

Partiya divanının noyabrın 7-də yaydığı bəyanatda belə deyilir.

Sənəddə qeyd olunur ki, 2 gün əvvəl Gəncədə Heydər Əliyev adına parkda şüar yazan “NİDA” Vətəndaş Hərəkatının üzvləri – Elmir TəhminTapdıq Məmmədov həbs ediliblər.

“Müsavat gənclərin həbsini pisləyir, bunu ifadə azadlığına qarşı növbəti repressiya aktı kimi qiymətləndirir”, bəyanatda deyilir.

Buna da bax:​ Kəpəz polisi iki gəncin saxlanmasını təsdiqlədi

Sosial şəbəkələrdə noyabrın 5-də gecə saatlarında Gəncədə gənc fəallar Tapdıq Məmmədov və Elmir Təhminin saxlanması barədə xəbər yayılmışdı.

Xəbərdə gənclərə 30 sutka inzibati həbs cəzası verildiyi bildirilirdi. Gənclərin Yeni Gəncə qəsəbəsində yerləşən Heydər Əliyev parkının divarlarına “Diktaturaya yox!” və başqa şüarlar yazdıqları səbəbindən saxlandığı bildirilirdi.

Gəncə şəhəri Kəpəz rayonu Polis Şöbəsinin rəis əvəzi Adil Əliyev xəbəri təsdiqləmişdi. Ancaq o, gənclər barəsində şikayət olduğunu, həmin şikayət əsasında saxlandıqlarını demişdi.

Buna da bax:

Daha 3 gənc fəal həbs olunub
Gözlə

No media source currently available

0:00 0:01:07 0:00

XS
SM
MD
LG