Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 07:57

Büdcə qanunu Milli Məclisə gecikib


Milli Məclis
Milli Məclis

Gələn ilin dövlət büdcəsi layihəsinin Milli Məclisə təqdim edilməsi qanunauyğun olmayıb. «Büdcə sistemi haqqında» qanunun 13-cü maddəsinə əsasən, növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanun layihəsi ona əlavə edilmiş digər sənədlərlə birlikdə, ən geci, oktyabrın 15-də Milli Məclisin müzakirə və təsdiqinə təqdim edilməlidir.

NOYABRIN 15-DƏ TƏQDİM EDİLİB

Gələn ilin büdcə zərfi isə Milli Məclisə 1 ay gecikməli olaraq - noyabrın 15-də təqdim edilib. Konstitusiyaya görə, dövlət büdcəsini parlamentə Azərbaycan prezidenti təqdim edir. Qanuna əsasən, Milli Məclis üzvlərinin dekabrın 20-dək büdcə layihəsini müzakirə etmək imkanları var.

Büdcə zərfinə «Azərbaycan Respublikasında 2017-cı il üçün yaşayış minimumu haqqında», «Azərbaycan Respublikasında 2017-cı il üçün ehtiyac meyarının həddi haqqında», «Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2017-cı il büdcəsi haqqında» qanunlar, Milli Məclisin və Hesablama Palatasının 2017-cı il üçün xərclər smetaları daxildir.

XS
SM
MD
LG