Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 11:42

İstixanaların qazlaşmasına 30-40 min manat istəyirlər


İstixana
İstixana

“Azərbaycana valyuta gətirən sahələrdən biri istixanalarda becərilən məhsullardır. Bu sahədə əngəllər aradan qaldırılsa, ölkə milyardlarla dollar qazanar”, – Şəmkirdə çalışan fermer Şahin Nəcəfli AzadlıqRadiosu-na deyir.

Onun sözlərinə görə, bir fermerə 1 hektarlıq ərazidə istixana qurmaq 200-250 minə başa gəlir. Bura istixana qurulmasına gərəkən avadanlığın alınması xərcləri daxildir. Amma xərc bununla da bitmir. İstixanaya qaz çəkməlisən və buna görə fermerdən 30-40 min manat istəyirlər.

Buna da bax:​ Əlləri mazutlu Şəmkir «parnik»çiləri...

Avropa standartları ilə avadanlığa 700 min

Şahin Nəcəfli deyir ki, bazarda Avropa standartlarına uyğun müasir istixana ləvazimatının dəyəri təxminən 700 min manatdır, ona görə də fermerlər kustar üsullarla “parnik” qurmağa üstünlük verirlər. Ancaq onların əsas çətinliyi texniki şərtləri almaqdır: “İstixana qurmaq üçün hardasa 5-6 dövlət qurumundan icazə almalısan. Bir dəfə gedib qapını döysən, nə var ki? Ayrı-ayrı məmurlardan asılı durum yaranır, get-gəllərə düşürsən”.

Şahin Nəcəfov: 'Sənaye sayğacı alırıq, həmin sayğacın ən bahalısı 1000 manat olduğu halda, biz buna 5-6 min ödəyirik'
Gözlə

No media source currently available

0:00 0:00:38 0:00
Direct-ə keçid

Müvafiq qanunvericiliyə görə, istixananın tikintisinə başlamazdan öncə tikintiyə icazə alınmalıdır. Bundan sonra istixanaya elektrik, qaz və suvarma suyu xətlərinin birləşdirilməsi üçün dövlət orqanlarından texniki şərtlər alınır.

Şərtlərdə göstərilir ki, istixanaya qaz, su kəmərlərinin, elektrik xətlərinin çəkilməsi, sayğaclaşdırma abonentin hesabına aparılır. “Biz heç bilmirik ki, burda rüsum varmı, yoxmu, ödədiyimiz vəsait hara gedir. Sənaye sayğacı alırıq, həmin sayğacın ən bahalısı 1000 manat olduğu halda, biz buna 5-6 min ödəyirik”,Şahin Nəcəfov söyləyir.

Buna da bax: Hər bir həyətindən narıngi, limon ətri gələn rayon

“Biz şirkətlə abonent arasındakı münasibətə qarışmırıq”

Uyğun qanuna görə, istixana tikintisini yalnız lisenziyası olan podratçı şirkət gerçəkləşdirə bilər. Elə enerji infrastrukturunu da tikinti şirkəti qurur. Bunu AzadlıqRadiosu-na “Azəriqaz”dan deyirlər. Qurumun mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev bildirir ki, texniki şərtləri almaqdan ötrü abonent artıq ASAN Xidmətə müraciət edə bilər və bu zaman heç bir rüsum tələb edilmir.

"Azəriqaz"ın mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev
"Azəriqaz"ın mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev

– İbrahim bəy, bəs istixanalara qaz çəkilişini kim aparır?

– İstixanalara qaz çəkilişini lisenziyası olan podratçı şirkətlər aparır.

– Bu tikinti şirkətləri “Azərqaz”danmı lisenziya alırlar?

– Xeyr, bizdən almırlar.

– Fermerlər şikayət edirlər ki, istixananın qazlaşmasına onlardan 30-40 min manat istənir.

– Bunu “Azəriqaz” istəmir ki. Vətəndaş hər hansı podratçı şirkətlə müqavilə bağlayır və ona sifariş verir. Bu tikinti şirkətlərinin adlarını vətəndaş texniki şərtlər üçün müraciət edən zaman ASAN Xidmətdən əldə edə bilər. 30-40-a yaxın tikinti şirkəti var, hansı ilə istəyərsə, müqavilə bağlaya bilər. Qaz hansı mənbədən götürüləcək, necə olacaq, texniki şərtlərin verilməsi pulsuzdur, amma qazlaşdırmaya gərəkən material, xətlərin çəkilməsi, işçi qüvvəsidir, buna görə abonent tikinti şirkətinə vəsait ödəyir.

Buna da bax:​ Moskvada süfrələri bəzəyən Gəncə-Şəmkir istixanaları...

– Burda qiymət tənzimlənməsi varmı?

– “Azəriqaz” qazlaşdırma üçün heç bir qiymət diktə etmir, vətəndaşla tikinti şirkəti arasındakı münasibətə də qarışmır.

İbrahim Kərbəlayev: 'Qazlaşdırmaya gərəkən material, işçi qüvvəsidir, buna görə abonent vəsait ödəyir'
Gözlə

No media source currently available

0:00 0:01:28 0:00
Direct-ə keçid

“30-40 min manat böyük puldur”

Millər vəkili Tahir Rzayevin fikrincə, istixananın qazlaşdırılmasına 30-40 min istənməsi çoxdur. O, qazlaşdırmaya görə tənzimlənmiş qiymətlərin olduğunu vurğulayır: “Mən indi deyə bilməyəcəm, amma məsafəyə uyğun kəmərin çəkilməsinin konkret qiyməti var. Aqrar sahənin inkişafı dövlət siyasətidir. Hətta prezident Nardaranla bağlı dedi ki, vaxtilə orda istixanalar olub, camaat gül becərməklə dolanıb, bunu bərpa etmək lazımdır”.

Tahir Rzayev fermerlərə məsləhət görür ki, əngəllər gördükdə uyğun dövlət qurumlarına şikayət etsinlər.

“Biznes indeksində yerimizə təsir edir”

İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qalib Toğrulun fikrincə, bu hal Azərbaycanın biznes indeksinə təsir edən amildir: “Söhbət ondan gedir ki, qanunvericiliyə uyğun olaraq, istixanasına və ya müəssisəsinə işıq, qaz, su çəkdirmək istəyən sahibkar enerji, su mənbəyindən obyektinə aparacağı suyun, enerjinin həm layihələşməsini, həm çəkilməsini öz hesabına gerçəkləşdirməlidir”.

Buna da bax:​ Fermerlərin bazar dərdi bitmir

Qaz borusu
Qaz borusu

Qalib Toğrulun sözlərinə görə, sahibkarlar daha çox subyektiv problemlə üzləşirlər və bunun aradan qaldırılmasından ötrü də konkret yanaşmalara ehtiyac var ki, fermerlər, sahibkarlar qiymət monopoliyası ilə üzləşməsinlər.

Şəmkirli fermer Şahin Nəcəfov istixanada becərilən məhsulların, əsasən, Rusiya bazarına göndərildiyini söyləyir: “Rusiyaya təkcə Azərbaycandan mal getmir ki. Başqa ölkələrdən də gedir. Ona görə də məhsul rəqabətədavamlı olmalıdır ki, ölkəyə valyuta gətirə bilsin”.

Müsahibimiz vurğulayır ki, əgər bu sahəyə ciddi dövlət dəstəyi olarsa, ölkə pambıqdan da çox qazana bilər.

XS
SM
MD
LG