Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:33

Qiyas İbrahimovun anası: 'Bu, çox utancvericidir'


Şura Əmiraslanova
Şura Əmiraslanova

Şura Əmiraslanova: “Əgər dəstəyimin kiməsə faydası varsa, niyə məktub yazmayım?”

Narkotik maddə saxlamaqda ittiham olunaraq 10 il azadlıqdan məhrum edilən ictimai fəal Qiyas İbrahimovun anası Şura Əmiraslanova AzadlıqRadiosuna deyib ki, o, “Amnesty İnternational” hüquq müdafiə təşkilatının dəstək məktubu yazma təklifini məmnuniyyətlə qarşılayıb:

Buna da bax: Qiyas İbrahimovun anası: 'Sifariş olmasa, universitetdən qovmazlar'

Mənə dedilər, etiraz eləmədim, əgər dəstəyimdən bir fayda varsa, niyə yazmayım?

Yalnız bir nəfərəmi yazdız?

– Xeyr, iki nəfər idi. Biri qadın idi, zorakılıqla üzləşmişdi, mülkindən çıxarmışdılar. Adı yadımdan çıxıb, bir qadın kimi ona dəstək verdim. Bir də çinli professor İlham Tohtiyə məktub yazdım. Lazım olarsa, yenə də yazaram, hüququ pozulan hər kəsə dəstək verməyə hazıram. Çünki mənim də oğluma dəstək verənlər var.

– Yerli dəstək verirlərmi?

– Əslində, xalqımdan dəstək gözləyirəm, təkcə oğluma yox, bütün siyasi məhbus gənclərə dəstək gözləyirəm. Biri var torpaq uğrunda şəhid olasan, bu başqa bir zirvədir. Biri də var xalqının azadlığı, demokratiyasından ötrü vuruşasan, əgər xalq azad fikirlərinə görə həbs edilən bu gəncləri qiymətləndirmirsə, ziyalılar susursa, bu, çox utancvericidir. Necə olur ki, bu məsələyə Gürcüstanda, Ukraynada etiraz olaraq aksiya keçirirlər, amma Azərbaycanda bir gəncə heç nədən 10 il iş verilməsi qarşısında susurlar? Hələ biri də namizəddir, Bayramı deyirəm. O da mənim oğlumdur, onlar bərabər olublar, o işi birgə görüblər. Onlar xalqa bəzi şeyləri göstərmək istəyiblər, amma xalq bunu görmür.

– Qiyasla həbsdən sonra görüşə bilmisizmi?

– İki-üç gün qabaq görüşmüşəm, amma şüşə arxasından. Açıq görüş vermirlər, bir-birinin üstünə atırlar, guya təcridxanada açıq görüş yoxdur. Oğluma 10 iş veriblər, onunla açıq görüşümə icazə verməlidirlər. Başqalarına bu şəraiti yaradırlar, amma mənə yox.

Qiyas İbrahimov
Qiyas İbrahimov

Qiyas İbrahimov başqa bir gənc fəal Bayram Məmmədovla birgə 2016-cı il mayın 10-da saxlanıb. Mayın 12-də paytaxtın Xətai Rayon Məhkəməsi hər iki gənc haqqında 4 aylıq həbs-qətimkan tədbiri seçib. Onlar Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri hazırlama, istehsal və əldəetmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham ediliblər.

Buna da bax: Heykələ yazı yazmış gəncə 10 il verən hakim kimdir?

Hər iki gənc ittihamla razılaşmır və həbslərinin səbəbini mərhum prezident Heydər Əliyevin heykəlinə şüar yazmaları ilə izah edirlər.

Oktyabrın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsi Q. İbrahimova 10 il həbs cəzası verib.

O, məhkəmədə məhz Heydər Əliyevin abidəsinə şüar yazdığına görə həbs edildiyini bildirib.

Bayram Məmmədovun məhkəməsi isə davam edir. Oçıxışında Azərbaycanda məhkəmələri “tamaşa”, prezident ilham Əliyevi də “rejissor” adlandırıb.

XS
SM
MD
LG