Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 07:37

Hökumət kiçilən iqtisadiyyatdan mənfəət gözləyir


Pul
Pul

Hökumət büdcədə 2017-ci ilə bütün vergi növləri üzrə artım proqnozlaşdırır. Büdcənin vergi gəlirlərində ikinci böyük paya malik hüquqi şəxslərin mənfəət (gəlir) vergisində artım proqnozu diqqəti cəlb edir.

Bu sahə üzrə daxilolmalar 2 milyard 68 milyon manat nəzərdə tutulur. Bu da bu ilin proqnozu ilə müqayisədə 153.4 milyon manat və ya 8 faiz çoxdur. Son 6 ildə bu sahə üzrə ən çox gəlir 2013-cü ildə olub – 2 milyard 374.8 milyon manat. Hökumətin gələn ilki proqnozu isə hətta 2015-ci ilin faktiki rəqəmindən geri qalır.

20092010201120122013201420152016 (proqnoz)2017 (proqnoz)

CƏMİ (mln. manatla)

1329.21429.9213422522374.82302.72211.11914.62068
Neft sektoru üzrə862.910471557157215541219825.3559.8685
Qeyri-neft sektoru üzrə466.3383.3576.9680.2821.31083.41385.81354.81383.0

Məsələ burasındadır ki, heç hökumətin builki proqnozu icra oluna bilməyəcək. Səbəb 2016-cı ilin yanvar - sentyabrı üzrə hüquqi şəxslərin mənfəət (gəlir) vergisindən daxilolmaların ötən ilin eyni dövrünə nisbətən 14.5 faiz azalmasıdır. Belə ki, bu ilin 9 ayında büdcəyə bu mənbədən 1 milyard 343 milyon 300 min manat vəsait daxil olub. Bu da 2015-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 227.2 milyon manat azdır. Bəs gələn il necə, hökumət proqnozu özünü doğruldacaq?

«BU PROQNOZ DA KAĞIZ ÜZƏRİNDƏ QALACAQ»

İqtisadçı-ekspert Natiq Cəfərli deyir ki, gələn ilin büdcəsi iqtisadi aktivliyi stimullaşdıran büdcə deyil: «Əksinə, ciddi kəsintilər var. İqtisadi aktivliyin azalması, idxalın azalması fonunda mənfəət vergisinin artacağı real deyil. Bu proqnoz da kağız üzərində qalacaq».

Maliyyə bazarları eksperti Cəfər İbrahimli də bildirir ki, iqtisadi böyümənin olmadığı və ya Ümumi Daxili Məhsulun azaldığı bir dönəmdə vergi dərəcələrində artım nəzərdə tutulmursa, mənfəət vergisinin yüksəlməsi çətin görünür.

Ekspert əlavə edir ki, hazırda əsas diqqət kənd təsərrüfatında xammal istehsalının artırılmasına yönəlib ki, bu sahədə olan müəssisələr də mənfəət vergisindən azaddırlar: «Ümid qalır 2017-ci ildə müəssisələrin mənfəətlə işləmələrinə».

MANATIN UCUZLAŞMASI HESABINA ARTA BİLƏR

Digər bir iqtisadçı-ekspert Zöhrab İsmayıl isə qeyd edir ki, öncəliklə hökumətin bunu təmin etməkdən ötrü hansı əlavə tədbirlər planladığını bilməliyik: «Mümkündür ki, hansısa dəyişiklik gözlənilir və bunun hesabına artım gerçəkləşsin. Əgər dövlət şirkətlərinin struktur islahatı və maliyyə intizamı olmayacaqsa, bu artım baş verməyəcək».

Z.İsmayıl bildirir ki, bir də dolların manata nisbətən məzənnəsinin dəyişməsindən dolayı artım mümkündür: «Bildiyiniz kimi, xarici neft şirkətlərinin mənfəəti tam olaraq, SOCAR-ın mənfəətinin isə mühüm hissəsi xarici valyuta hesabına formalaşır. Beləliklə də, xarici valyutaların manata nisbətən məzənnəsinin artımı onların mənfəətini manatla, nəticədə, mənfəət vergisinin artması ilə nəticənə bilər».

XS
SM
MD
LG