Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:38

Mənzil və obyekt satışından vergi yığımı artıb


►Bu il ev və qeyri-yaşayış sahəsi alıb-satanlar dövlət büdcəsinə 21 milyon 862,9 min manat vergi ödəyiblər

Bu il ev və qeyri-yaşayış sahəsi alıb-satanlar dövlət büdcəsinə 21 milyon 862,9 min manat vergi ödəyiblər. Hər 4 manatdan üçü Bakıdakı mənzil və mülklərin payına düşür.

Əvvəlki illərdə ev alqı-satqısından dövlət elə də böyük vergi yığa bilmirdi. Şəffaflıq-Azərbaycan İctimai birliyinin araşdırmalarına görə, dövlət buna heç böyük önəm də vermirdi.

Axan neft pulları bu sahəni vergi məmurlarına unutdurmuşdu. Neft gəlirlərinin azalması dövlət büdcəsinin gəlirlərinə təsirsiz ötüşmədiyndən, hökumət bu sahənin vergi potensialını yenidən yadına salıb.

Vergi nonatiat kontorundan çıxmadan ödənilir

Vergilər Nazirliyinin analitik-informasiya şöbəsində AzadlıqRadiosunun sorğusuna cavab olaraq bildiriblər ki, bu ilin 9 ayında yaşayış və qeyri-yaşayış sahələrinin alqı-satqısı üzrə 24 min 481 əməliyyat gerçəkləşdirilib. Qanunvericiliyə əsasən, vətəndaşlar və digər mülkiyyətçilər bu əməliyyatlara görə vergini elə notariat kontorundaca ödəyirlər. Hər əməliyyata görə dövlət büdcəsinə, orta hesabla, 893 manat ödənilb.

Buna bax: 'Valyutanı qanunsuz yollarla ölkədən daşıyıblar'

Sadələşdirilmiş vergi bu ildən etibarən ev və ya obyektin qiymətinə görə deyil, sahəsinə və hansı ərazidə yerləşməsinə görə ödənilir. Nazirlikdə hesab edirlər ki, məhz bunun sayəsində tutulan verginin həcmi əvvəlki illərə nisbətən xeyli artıb.

Mənzil alqı-satqısı vergi yığımını artırıb

Dövlət büdcəsinin 9 aydakı icra durumuna dair Maliyyə Nazirliyinin hesabatında göstərilir ki, bu dövrdə 218,2 milyon manat sadələşdirilmiş vergi toplanıb. Bu, ötən ilin eyni dövründən 54 faiz çoxdur. Yığılan vergilərin artmasında mənzil və obyekt satışına görə verginin də rolu var.

Mənzil tikənlər də sadələşdirilmiş vergini seçirlər

Hesablama Palatasının fikrincə, sadələşdirilmiş verginin yığımındakı artımın başqa obyektiv səbəbləri də var. Bunlar vergi tutulan əməliyyat həcminin yuxarı həddinin 120 mindən 200 min manata qaldırılması, eyni zamanda illik 200 min manatdan artıq dövriyyəsi olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərin daha yüksək faiz dərəcəsilə sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnun tanınmasıdır.

Bundan başqa, 2016-cı ildə bina tikintisi fəaliyyəti ilə məşğul olan və sadələşdirilmiş qaydada vergi ödəyən şəxslərə də vergitutma bazası genişləndirilib.

Nəticədə, bu ilin 9 ayında mənzil tikintisi ilə məşğul olan fiziki şəxslər və şirkətlərin ödədiyi sadələşdirilmiş verginin toplam məbləği 59,1 faiz (19 milyon 632 min manat) artaraq 52 milyon 834,3 min manata çatıb.

Bu xəbər ev bazarında bahalaşmaya səbəb olub

Bu xəbər ev bazarında bahalaşmaya səbəb olub
Gözlə

No media source currently available

0:00 0:02:06 0:00

XS
SM
MD
LG