Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 10:53

'Dedi, 2 min manat nazirliyə, 500 manat hərbi komissarlığa çatır'


Rəşad Həsənov
Rəşad Həsənov

«Baş Prokurorluğa rayonun təhsil şöbəsinin müdirinin qanunsuz əməllərindən şikayət yazmışam. Bir də baxıram ki, şikayəti elə təhsil şöbəsinin müdiri özü «araşdırır». İndi də məni məhkəməyə verib ki, guya şərəf və ləyaqətini təhqir etmişəm».

Astara rayon sakini Rəşad Həsənov AzadlıqRadiosuna danışır ki, bu ilin yanvarında silahlı qüvvələrdən ehtiyata buraxılıb. Astaradakı məktəblərdən birinə hərbi müəllimliyə düzəlməkdən ötrü rayon təhsil şöbəsinin müdiri Qızbəs Məmmədovaya müraciət edib. Deyir, təhsil şöbəsinin müdiri ondan rüşvət istəyib. O da müdirin hərəkətindən Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsinə məktubla müraciət edib. Ancaq deməsinə görə, məktub dolayısı ilə Q.Məmmədovanın özünə gəlib çıxıb. O da iş üçün müraciət edən və sonradan ondan şikayətçi düşən Rəşad Məmmədovu məhkəməyə verib.

«DİRƏNDİM Kİ, RÜŞVƏT VERMƏYƏCƏM»

R.Məmmədov danışır: «Məndən 3 min manat istədi. Dedi, həmin pulun 2 min manatı Təhsil Nazirliyinə, 500 manatı hərbi komissarlığa, 500 manatı da ona çatır. Dirəndim ki, rüşvət verməyəcəm. O da dedi, iş yoxdur. Mən də tənbəllik etməyib Qızbəs Məmmədovanın təhsil şöbəsinin müdiri işlədiyi dövrdə etdiyi qanunsuzluqlarla, mənimsəmələrlə bağlı Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsinə müraciət etdim. İdarə məktubumu araşdırılmağa Q.Məmmədovaya göndərib. Mən başa düşə bilmirəm, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərilən məktubu niyə barəsində şikayətçi olduğum təhsil şöbəsinin müdiri araşdırmalıdır ki? Bəs Korrupsiya ilə Mübarizə İdarəsinin işi nədən ibarətdir? Onun vəzifəsini niyə təhsil şöbəsinin müdiri yerinə yetirir?».

Buna da bax-'Göyçay xəstəxanası məni 'soğan qabığı' kimi soyub'

R.Həsənovun sözlərinə görə, Q.Məmmədovanın Astara rayon polis şöbəsində işləyən oğlu da ona təzyiq göstərir.

«GƏLSİN, MƏHKƏMƏDƏ SÜBUT ELƏSİN»

Qızbəs Məmmədova AzadlıqRadiosuna məsələyə münasibət bildirib:

- Rəşad Həsənova Şiyəkəran kənd məktəbində iş təklif olundu. Ancaq o, kənd məktəbində yox, rayondakı 5 saylı məktəbdə işləmək istədiyini bildirdi. Biz də həmin məktəbdə ona iş təklif etmişik. İndi də deyir, o məktəb təmayüllü olmadığından orda işləmək istəmir. Yəni bu qədər...

- Ancaq Siz ona iş təklif edən tarixə qədər artıq onu məhkəməyə vermişdiniz, eləmi?

- Düzdür, məhkəməyə vermişəm. Səbəb də odur ki, bəzi saytlarda barəmdə şər-böhtan dolu xəbərlər yazdırıb. Hamımız insanıq, hamımızın ailəsi, ətrafı var. Niyə məni olmayan məsələlərə görə şərləməlidir? Qərara gəldim və məhkəməyə verdim. Gəlsin, məhkəmədə dediklərini sübut eləsin.

- Rəşad Həsənov iddia edir ki, Siz onu işə götürməkdən ötrü 3 min manat rüşvət istəmisiniz.

- Yalandır. Kimin yanında istəmişəm? Hanı şahidi, sübutu? Elə həm də buna görə vermişəm məhkəməyə. Ümumiyyətlə, bizim təhsil şöbəsində nəinki Rəşad Həsənovdan, heç kəsdən indiyədək rüşvət istənilməyib və belə bir şey ola bilməz.

Buna da bax-Onkoloji xəstə: 'Pulum olmadığına görə 'kimyaterapiya lazım deyil', dedilər'

İŞ TƏKLİFLƏRİNİ RƏDD EDİR

Rəşad Həsənov da noyabrın 24-də ona Astara şəhər 5 saylı tam orta məktəbdə iş təklif olunduğunu, ancaq imtina etdiyini təsdiqləyir. Deməsinə görə, təhsil şöbəsinin müdiri ondan şikayətlərini dayandırsın deyə, az qala, hər gün ona iş təklifləri edir. O isə Q.Məmmədova barədə hüquqi tədbirlərin görülməsindən ötrü şikayətlərini sonadək davam etdirmək istədiyindən, iş təkliflərini rədd edir.

Noyabrın 16-da Astara rayon Məhkəməsində Qızbəs Məmmədovanın Rəşad Həsənova qarşı iddiası əsasında məhkəməyə hazırlıq iclası keçirilib. Dekabrın 14-də məhkəmə baxışı olacaq.

XS
SM
MD
LG