Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:53

'Yol xəritəsi': 'Vəziyyətdən çıxmaq üçün 27 milyard lazımdır' [video]


27 milyard dollarlıq yol xəritəsi Azərbaycanı böhrandan çıxara biləcəkmi?
Gözlə

No media source currently available

0:00 0:15:00 0:00

Bu yol xəritəsi Azərbaycanı böhrandan çıxara biləcəkmi? [video]

Hökumət 2020-ci ildə Azərbaycanda neftdən kənar sahələrdə istehsal olunub başqa ölkələrə satılan məhsulların dəyərini adambaşına 450 dollara çatdıracağını iddia edir.

Yəni, indikindən 3 dəfə çox. Bu hökumətin yeni strateji yol xəritəsindəki hədəflərdən biridir. Bəs, hədəfləri gerçəkləşdirmək mümkün olacaqmı? Ərzaq məhsullarına görə xaricdən asılı olan Azərbaycan, qarşıdakı 3 ildə xaricə satılan məhsulların miqdarını bu qədər artıra biləcəkmi?

Buna da bax: 'Hakimiyyət ölkəyə mülkiyyəti kimi baxır'

"Yol xəritəsi"nin özündə xeyli suallar var

İqtisadçı Qubad İbadoğlu düşünür ki, hökumətin təqdim etdiyi strateji yol xəritəsindəki bir çox hədəflər beləcə xeyli suallar və şübhələr doğurur.

Dekabrın 9-da prezidentin təsdiq etdiyi Strateji yol xəritəsinin həyata keçirilməsinə ümumilikdə 27 milyard dollar lazım olacaq. Qubad İbadoğlu neft gəlirlərinin azaldığı bir dövrdə bu qədər bahalı bir planın ortaya atılmasını anlaşılan saymır:

Buna da bax: Azərbaycan sürətlə borclanır

"Ümumi iqtisadi islahatlar həm institusional, həm struktur, həm də əks mərkəzləşdirmə, liberallaşdırma, eyni zamanda ticarətdə açıqlığı təmin etdikdən sonra bu yol xəritəsinin icrasına başlamaq daha düzgün ola bilərdi. Həm maliyyə, həm də ölkədəki iqtisadi durum baxımından strateji yol xəritəsinin qarşısına qoyulan məqsədlərə çatmağı elə də gerçək saymıram".

"Yol xəritəsi" diplom işinə bənzəyir

Buna da bax: 'Heydər Əliyevin ən böyük mirası İlham Əliyevdir'

Başqa bir iqtisadçı Natiq Cəfərli isə Azərbaycan hökumətinin təqdim etdiyi sənədi strateji yol xəritəsindən çox yaxşı oxuyan bir tələbənin diplom işinə bənzədir:

"Yəni, tutalım, kənd təsərrüfatında əsas məqsəd bəlli olmalıdır. Bu məqsədə çatmaq üçün nə qədər zaman və vəsait lazımdır bütün bunlar aydınlaşdırılmalı idi. Məqsədə çatmaq üçün görülən işlər hər 3 aydan bir ölçülə biləcək səviyyədə analiz edilməlidir. Yəni, dünyada qəbul olunmuş yol xəritələri bu cür olur. Amma çox təəssüf ki, Azərbaycanda qəbul olunan yol xəritəsi yaxşı oxuyan tələbənin diplom işindən başqa bir şey deyil".

Buna da bax: 'Azərbaycan artıq yetişib'

Natiq Cəfərli strateji xəritənin bir əsas önəmini qeyd edir. Hökumətin ölkədə ciddi və köklü problemlərin olduğunu etiraf etməsini.

Bəs, bu problemlərin həlli üçün hansı addımlar atılmalıdır?

Necə etmək olar ki, dollar qalxsın, amma qiymətlər yox?

Necə eləyəsən ki, ət xaricdən gətirilməsin, elə Azərbaycanda istehsal olunsun ki, dollar bahalaşanda qiyməti qalxmasın? Necə edəsən ki, əmlak bazarında bahaçılıq olmasın, insanlar münasib qiymətə mənzil ala bilsinlər. Necə eləyəsən ki, iqtisadiyyat neftdən asılı olmasın, kəndlilər həm özləri əkin-biçinlə dolansın, həm də başqaları üçün iş yeri açsınlar?

Buna da bax: Yeni İl süfrəsi bu dəfə neçəyə başa gələcək?

Hökumət vəd edir ki, yeni strateji yol xəritəsi bu problemlərin həllinə işıq salacaq.

Səbəblər idarəetmədədir...

Amma iqtisadçı Natiq Cəfərli düşünür ki, hökumət həqiqətən bu problemləri həll etmək istəyirsə, əsas problemləri yaradan səbəbləri aradan qaldırmalıdır:

"Yəni, iqtisadiyyatın pis durumda olması nəticədir. Səbəblər isə həm idarəetmədən, həm qanunvericilikdən, qanunun aliliyindən, özəl mülkiyyətə münasibətdən və digər amillərdən qaynaqlanır. Əsas da bu sahələrdəki problemlər həll edilməli idi. Bu baxımdan hüquq sistemindən başlayaraq, iqtisadiyyata qədər islahatlar olmasa, qarşıdakı illər 2016-cı ildən daha çətin olacaq".

Gürcüstanın "Yol xəritəsi" nəynən fərqlənir?

Buna da bax: 'Paşa Holdinq'in şirkəti 10 günə 2 milyon necə qazanır?

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bir müddət öncə yerli mediaya öz müsahibəsində bildirmişdi ki, Yol Xəritəsinin əhəmiyyəti əsas götürülərək bütün dövlət orqanlarından rəylər alınır. O bildirib ki, xəritənin yazılmasında 400 nəfərədək xarici və yerli ekspert iştirak edib. Bununla yanaşı, 150-yə qədər görüş keçirilib. Görüşlərdə Nobel mükafatı laureatı Edward Prescott-dan başlamış ölkənin sıravi fermerlərinə qədər çoxlarının fikri öyrənilib. Yol xəritəsinin hazırlanmasında bütün problemlər nəzərə alınıb və dəqiqliklə həlli yolları göstərilib.

Bəs, Bakı sakinlərinin də rəyini öyrənmişik. Onlardan soruşmuşuq ki, Azərbaycan iqtisadi böhrandan nə vaxt çıxa biləcək?

Sizcə, Azərbaycan böhrandan nə vaxt çıxacaq?
Gözlə

No media source currently available

0:00 0:00:50 0:00

Prezident İlham Əliyev bildirib ki, Azərbaycanda yerli istehsalı artırmaq, kənd təsərrüfatı, turizm və digər qeyri-neft sektorlarının inkişaf etdirmək hökumətin əsas hədəfidir.

XS
SM
MD
LG