Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:34

Vəkillər Kollegiyasından vəkillərə xəbərdarlıq


Azər Tağıyev, Baku, 25 avqust 2011
Azər Tağıyev, Baku, 25 avqust 2011

“Nardaran işi”ndə təqsirləndirilənlərin buraxılmadığı məhkəmədə iştiraka məcbur edilən vəkillər dekabrın 16-da baş verənlərlə əlaqədar Vəkillər Kollegiyasına gediblər.

Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırov, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və onlarla birlikdə Nardaran əməliyyatına görə mühakimə olunan daha 16 nəfər-in müdafiəçiləri Vəkillər Kollegiyası-na müraciət ediblər. Buna səbəb - Nardaran işi üzrə təqsirləndirilən şəxslər onlardan imtina etdikləri halda, həmin adamların məhkəməsində iştiraka məcbur edilmələridir.

Hakimlər heyəti fikrini dəyişməyib

Nardaran dustaqlarının öz məhkəmələrinə qatılmasına icazə verilmədiyindən, onlar vəkillərindən imtina edərək onların da məhkəmədə iştirakını istəmirlər. Amma Bakı Ağır Cinayətlər Məhkəməsində Əlövsət Abbasov-un sədrlik etdiyi hakimlər kollegiyası təqsirləndirilən şəxslərin yazılı etirazını qəbul etməyib və vəkillərdən də məhkəməyə qatılmaq tələb olunub.

Fuad Qəhrəmanlı Bakı, 9 sentyabr 2011
Fuad Qəhrəmanlı Bakı, 9 sentyabr 2011

Vəkillər hakimlərin nəzərinə çatdırıb ki, qanuna görə, yetkin yaşlı, psixi problemi olmayan şəxs heç bir səbəb göstərmədən də müdafiəçisindən imtina edə bilər. Məhkəmənin bunu qəbul etməməyə ixtiyarı yoxdur. Əksinə, şəxsin imtina etdiyi vəkili onun müdafiəsinə məcbur etmək kobud qanun pozuntusu, eyni zamanda, vəkillərin özlərinə sayqısızlıqdır.

Vəkillərin etirazına baxmayaraq, hakimlər heyəti fikrini dəyişməyib.

Danışıqların məzmununu açıqlamadılar

Məhkəmədə iştiraka məcbur edilən vəkillər dekabrın 16-da baş verənlərlə əlaqədar Vəkillər Kollegiyasına gediblər. AzadlıqRadiosunun məlumatına görə, onlar sədr Azər Tağıyev-lə, sədrin müavini Fərhad Nəcəfov-la görüşsələr də, Vəkillər Kollegiyasının rəhbərliyi öz üzvlərinin müdafiəsindən boyun qaçırıb və bildirib ki, məhkəmədə iştirak etməsələr və bununla əlaqədar şikayət daxil olsa, Vəkillər Kollegiyasından uzaqlaşdırıla bilərlər.

AzadlıqRadiosunun müxbiri məsələni dəqiqləşdirmək üçünvəkillərdən Nemət Kərimli və Yalçın İmanovla əlaqə saxlayıb. Onlar Vəkillər Kollegiyasına getdiklərini təsdiqləsələr də, oradakı danışıqların məzmununu açıqlamaq istəməyiblər.

Xatırlatma

Ötən il noyabrın 26-da Nardaran qəsəbəsində keçirilən xüsusi əməliyyatda, ikisi polis, 6 şəxs həlak olub. Rəsmi bilgilərə görə, Müsəlman Birliyi Hərəkatının 70-dən çox tərəfdarı həbs edilib (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 87 göstərilir). Daha yüngül maddələrlə ittiham edilənlərin məhkəməsi başa çatıb.

Nardaran
Nardaran

Həmin şəxslər 1 il 6 aydan 6 il 6 ayadək həbs cəzası alıblar. Taleh Bağırov, Abbas Hüseynov və daha 16 nəfərin məhkəməsi ayrılıqda davam edir. T.Bağırov və onunla saxlananlar qətldə və daha bir neçə çox ağır cinayətdə təqsirləndirilir. Təqsirləndirilənlər bu ittihamları rədd edir, onlardan ifadələrin işgəncə altında alındığını bildirirlər. DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları «Nardaran işi»ndə həbs olunanlara işgəncə verilməsi ilə bağlı deyilənləri təkzib ediblər.

XS
SM
MD
LG