Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:52

Dağlıq Qarabağ-2017: "sərt seçim"


Sarkisian Qarabağda
Sarkisian Qarabağda

«Vasitəçilik səylərinin uğursuzluğu, silahlanma yarışı və atəşkəs rejiminin tez-tez pozulması Dağlıq Qarabağda hərbi əməliyyatların bərpası riskini tədricən artırmaqdadır», – ABŞ-ın nüfuzlu beyin mərkəzlərindən olan Beynəlxalq Münasibətlər Şurasının hesabatında deyilir.

Bu hesabat 2017-ci ildə mümkün münaqişələr və ABŞ-ın onlara mümkün təsiri barədə proqnozlara həsr olunub.

Ermənistan prezidenti Serj Sarkisian isə bu günlərdə Dağlıq Qarabağda olanda yerli erməni əhalisini sayıq olmağa çağırıb.

2017-ci ildə Dağlıq Qarabağda nə gözlənilir? Toqquşmalar haqda bədbin proqnozları Azərbaycan ekspertləri bölüşürmü?

Siyasi şərhçi Elxan Şahinoğlu deyir ki, danışıqlarda irəliləyiş olmadığından toqquşma ehtimalı artır.

Ekspertin sözlərinə görə gələn il Qarabağda hərbi toqquşmaların şahidi ola bilərik. Elxan Şahinoğlu ABŞ mütəxəssislərinin proqnozları ilə razılaşır.

Elxan Şahinoğlu: "danışıqlarda irəliləyiş olmadığından toqquşma ehtimalı artır"
Gözlə

No media source currently available

0:00 0:00:47 0:00
Direct-ə keçid

Siyasi şərhçi Rauf Mirqədirovun fikrincə gələn il Dağlıq Qarabağ münaqişəsində qeyri-müəyyənlik hökm sürəcək. Rauf Mirqədirovun sözlərinə görə, 2017- ci il bu qeyri-müəyyənlik dövrünün ən ağır bir dövrü olacaq.

Ekspertin bildirdiyinə görə bu dövrdə hər kəs öz maraqlarını gerçəkləşdirməyə çalışacaq və belə dövrdə adətən güc amilindən istifadə ehtimalları artacaq.

Rauf Mirqədirov: "2017-ci il qeyri-müəyyənliyin ən ağır dövrü olacaq"
Gözlə

No media source currently available

0:00 0:04:03 0:00
Direct-ə keçid

Konfliktoloq Əvəz Həsənov deyir ki, 2017-ci ildə Dağlıq Qarabağda hərbi əməliyyatların başlayacağına inanmır.

Onun sözlərinə görə son dövrlər Azərbaycan hakimiyyətinin hərbi ritorikasını artırmasına baxmayaraq şərait buna imkan vermir.

Əvəz Həsənov hərbi əməliyyatların başlayacağına inanmır
Gözlə

No media source currently available

0:00 0:01:36 0:00
Direct-ə keçid

Milli Məclisin deputatı Rasim Musabəyov deyir ki, əsas məsələ odur ki, qoşunlar təmas xəttinə daha yaxındır.

Onun sözlərinə görə, bu o deməkdir ki, hər zaman hərbi əməliyyatlar başlaya bilər və hətta bu münaqişəyə Rusiya və Türkiyə də qoşula bilər. Deputat deyir ki, 2017-ci tərəflər qarşısında sərt seçim qoyacaq: Sülh və ya müharibə.

Rasim Musabəyov: "qoşunlar təmas xəttinə çox yaxındır. Bu da..."
Gözlə

No media source currently available

0:00 0:02:17 0:00

XS
SM
MD
LG