Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:48

'İşgəncələr Əleyhinə...' kampaniyaya başlayıb


"Ombudsman". Karikatura. Gündüz Ağayev.
"Ombudsman". Karikatura. Gündüz Ağayev.

İşgəncələr Əleyhinə Ümumdünya Təşkilatı (İƏÜT) dekabrın 20-də beynəlxalq birliyi Azərbaycanda vəziyyətə müdaxilə etməyə səsləyib.

Təşkilatın press-relizində bildirilir ki, Azərbaycanda işgəncələrə, ədalətsiz məhkəmə proseslərinə son qoyulması vacibdir.

“Bu hallar “Nardaran işi” üzrə prosesdə baş verir. Nardaran hadisəsinə görə, həbs edilənlər işgəncələrə məruz qalıb. Bu gənclər qətl, terrorizm, iğtişaş, qanunsuz silah saxlamaq, hakimiyyətin zorla ələ keçirilməsi və dini ədavətə təhrik kimi cinayətlərdə ittiham olunurlar. 2015-ci il noyabrın 26-da saxlanma zamanı onların lideri Taleh Bağırov və digər dindarlar vəhşicəsinə döyülüb, bəziləri öldürülüb. Polis idarəsində onları bir neçə gün döyüblər, ancaq prokurorluq təhqiqata başlamayıb. Polis bir aydan sonra T.Bağırovun vəkillərlə görüşünə icazə verib və o, dərhal işgəncələrlə bağlı şikayət verib”, məlumatda qeyd edilir.

Buna da bax:​ Nardaran işi: ‘İşgəncələrin bircə faizi Zahid Oruca verilsəydi...’

Təşkilat T.Bağırovun bədənindəki yaralar sağalmadığından məhkəmənin bir neçə dəfə təxirə salındığını, təkrar işgəncə təhlükəsi altında onun öz şikayətini geri götürdüyünü vurğulayır.

“Müttəhimlərlə bu cür rəftarın səbəbi onların Azərbaycanda hakim rejimi, korrupsiya və insan hüquqlarının pozulmasını tənqid etmələridir. Hakimiyyət gənclərin belə etirazlarına dini radikalizm donu geyindirməyə çalışır”, təşkilat yazır.

“2014-cü ildə hakimiyyətin başladığı kütləvi repressiyalar nəticəsində bir çox QHT-nin fəaliyyəti dayandırılıb. Ümumilikdə, Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi üzrə işlər çətinləşib”, İƏÜT qeyd edir.

Buna da bax:​ Müxalifətçilərə 'Bandotdel'də barmaq silkələdilər

İƏÜT beynəlxalq təşkilatlardan Azərbaycanın dövlət başçısı, baş prokuror, daxili işlər, ədliyyə və xarici işlər nazirlərinə müraciət göndərərək “Nardaran işi”ndə təqsirləndirilənlərlə amansız davranışa son qoyulmasını tələb etmələrini istəyiblər. Bundan başqa, bu işlə bağlı ədalətli məhkəmənin təmin olunmasını, işgəncələrin verilməsində günahkar olanların tapılıb məsuliyyətə cəlb edilməsini, hüquq müdafiəçilərinin və ədalətsiz həbsdə saxlanılanların azad olunması məsələsini qaldırmağa səsləyiblər.

Ancaq, Taleh Bağırov və onunla mühakimə olunanların məhkəməsində şahid qismində ifadə verən Daxili İşlər Nazirliyinin (DİN) Baş Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları işgəncə ilə bağlı şikayətləri təkzib etmişdilər. DİN-in mətbuat xidmətinin bu günlər yaydığı açıqlamada da öldürülən dindarların əməliyyat zamanı silahlı müqavimət göstərdikləri iddia olunmuşdu.

Buna da bax:​ Taleh Bağırov: ‘Bu, cəlladdı, azərbaycanlı deyil’

Xatırlatma

Ötən il noyabrın 26-da polisin Bakının Nardaran qəsəbəsindəki əməliyyatında ikisi polis, 6 nəfər həlak olub. Rəsmi ittihama görə Nardaranda radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərərkən öldürülüblər, qarşıdurmada da 2 polis əməkdaşı həlak olub.

Rəsmi bilgilərdə qeyd edilir ki, “Nardaran işi”nə görə ümumilikdə 70-dən çox şəxs ( hüquq müdafiəçilərinin siyahısında onların sayı 87 göstərilir) həbs edilib. Onlardan daha yüngül ittihamlarla üzləşənlər 1 il 6 aydan 6 il 6 ayadək həbs cəzası alıb.

Buna da bax: Nardaran işi: 'Şalvarımı aşağı çəkəndə, dözmədim'

Hazırda Nardaran hadisələrinə görə saxlanan 18 nəfərin məhkəməsi gedir. Bu gün dekabrın 20-də isə daha 12 nəfərin məhkəməsi başlayıb.

XS
SM
MD
LG