Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:33

Ermənistan prezidenti: 'Bircə məqsədimiz var...'


Serzh Sargsian. Yerevan, 28Dek2016
Serzh Sargsian. Yerevan, 28Dek2016

«Bu günə qədər heç kəs bizim uzun zamandan bəri müzakirə etdiyimiz variantı dəqiq təqdim edə bilməyib».

Dekabrın 29-da Ermənistan Xarici İşlər Nazirliyinin Yeni il və Milad bayramları münasibətilə təşkil etdiyi qəbulda Ermənistan prezidenti Serzh Sargsian belə deyib.

«ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələrin xarici işlər nazirlərinin ilin sonunda Hamburqda verdikləri bəyanat Azərbaycan tərəfinin Dağlıq Qarabağ problemi ilə bağlı mülahizələrinin nə dərəcədə reallıqdan uzaq olduğunu aydın nümayiş etdirib. Bu bəyanat eyni zamanda beynəlxalq ictimaiyyətin yanaşmasının bizim yanaşmamıza nə dərəcədə yaxın olduğunu aydın göstərir», – Serzh Sargsian diplomatlara təbrik müraciətində vurğulayıb.

Buna da bax:​ 'Döyüşkən ritorikası olsa da, İlham Əliyev rasional dövlət xadimidir'

Çıxışında bu il ərzində Ermənistanın xarici siyasətindəki mühüm uğurlardan, problem və sınaqlardan danışan prezident bildirib ki, bütün bunlar Ermənistan diplomatiyasının davamlı səyləri nəticəsində mümkün olub.

“VARİANTLAR DEYİL, VERSİYALARDIR”

«Qeyd etmək yerinə düşər ki, ekspertlər, siyasətçilər və ya özlərini siyasətçi sayanlar vaxtaşırı Dağlıq Qarabağ münaqişəsinin həlli variantlarını ortaya atırlar. Ancaq əslində, bunlar variantlar deyil, versiyalardır», – deyə Sargsian sözünə davam edib.

Buna da bax: Erməni partiya sədri: 'Azərbaycanın Ermənistana ərazi iddiası var' [video]

Maraqlıdır ki, məhz bu gün Ermənistanın birinci prezidenti Levon Ter-Petrosian bildirib ki, Ermənistan Milli Konqresinin qurultayında səsləndirdiyi fikirlər onun öz nəzər nöqtəsi, yaxud Qarabağ probleminin həlli ilə bağlı konsepsiyası deyildi. O qeyd edib ki, hazırda danışıqlar masasının üzərində olan və prinsipcə Ermənistan hökuməti tərəfindən qəbul edilmiş konkret nizamlama proqramından danışıb. Ter-Petrosianın sözlərinə görə, bu proqram Dağlıq Qarabağın statusu əvəzində Qarabağa bitişik 7 rayonun Azərbaycana qaytarılmasını nəzərdə tutur.

«Qətiyyətlə bildirirəm ki, bu günə qədər heç kəs bizim uzun zamandan bəri detallarını müzakirə etdiyimiz variantı dəqiqliklə təqdim edə bilməyib. Mən bir daha sizin qarşınızda vurğulamaq istəyirəm. Çünki siz hamıdan yaxşı bilirsiniz ki, 2007-ci ildən bu yana Madrid prinsiplərindən başqa heç yerdə heç bir variant müzakirə olunmayıb», – Serzh Sargsian diplomatlar qarşısında çıxışında deyib.

Buna da bax:​ Ermənistan hakimiyyətindəki 'qarabağlı'lar

“BİR MƏQSƏDİMİZ VAR”

O əlavə edib ki, danışıqların detallarının ictimaiyyətə çatdırılmamasının, ən azı, iki səbəbi var: «Siz, təcrübəli vasitəçilər olaraq, gözəl bilirsiniz ki, danışıqlara gedən zaman özünün, necə deyərlər, alət və imkanlarını, yaxud öz taktikanı, ...strategiyanı ortaya qoya bilməzsən. Çünki müasir dünyada belədir: biz İrəvanda iki söz deyəndə bu iki söz ildırım sürətilə Bakıya, Vaşinqtona, Moskvaya və Parisə çatır və dərhal ictimaiyyət bunu bilir. Bu bir. İkincisi, hamıya bəllidir ki, prinsipial danışıqlar zamanı bu prinsip işləyir: hər şey razılaşdırılmayıbsa, deməli heç nə razılaşdırılmayıb».

Serzh Sargsian həmçinin deyib: «Mühüm olan budur: 2007-ci ildən, yəni Madrid prinsiplərinin danışıqlar üçün baza kimi qəbulundan sonra bizim təkcə bir məqsədimiz var – Dağlıq Qarabağın yekun statusunun Dağlıq Qarabağ xalqı tərəfindən müəyyən edilməsinə nail olmaq. Biz bu prinsipdən geri çəkilməyəcəyik».

XS
SM
MD
LG