Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 17:00

Ovcunun içində "Axır ki, intihar düyməsinə basdım" yazmışdı...


"“Backspace” düyməsinin yeni ixtiraçısı Elgünsə Məryəmi çoxdan unutmuşdu. Onun Məryəm tapmağa heç bir problemi yox idi. Seks hekayələri paylaşılan saytlarda çoxlu qızlar öz nömrələrini və son qiymətlərini yazırdılar".

Yeqzar Cəfərli

İNTİHAR DÜYMƏSİ

hekayə

Xəyanətin böyüyü, kiçiyi olmur. Xəyanət edənin ürəyində sevgi olmur. Bağışlasanız, and içsə də, yenə edəcək, yenə də edəcək, vallah edəcək...

Naməlum obyektin mənə ötürdüklərindən...

Yeqzar Cəfərli.
Yeqzar Cəfərli.

Elgün yenicə format etdiyi bilgisayarda Bill Qeyts sayağı yenilik etməyi də unutmamışdı. Bunu özü deyirdi, əslində gündəlik mediyada Bill Qeytsin belə bu cür üsula əl atacağından bixəbər qafil idim. Bu yetim Elgünün (yetim ayamasını dostları yapıdırmışdı ona) etdiyi yenilik bəlkə də heç kimin olmayan ağlına gəlməzdi. Bu “yetim” bilgisayarın “backspace” düyməsinin qopararaq qaralamış, sonradan səliqəli hərflərlə onun əvəzinə “intihar düyməsi” sözlərini yazmışdı. İlk əməliyyatını da o ilk olaraq yazıq, günahsız hərfləri soyqırıma məruz qoymaqla həyata keçirirdi. Bu düymə əməliyyatının yaradılma, rekonstruksiya səbəblərini “facebook”da paylaşanda onun “sevər”ləri, biraz daha bədii üslubla desək, çılğın fanatları maraqlı fikirlər bildirirdilər. Biri yazırdı ki, azərbaycan dilçiliyində inqilab baş verdi, “backspace” sözünün qarşılığı tapıldı, digəri “azərbaycanlı texnoloqdan görürməmiş, sensasion ixtira” nə bilim daha nələr, nələr. Gündə beş dəfə divarla öpüşən “Samsung” markalı telefonu da onu bezdirmişdi. “Yetim”lər onu gicdən, dəlidən eləmişdilər, özü də ki, təmiz şəhərli çujoy dialekt daşıyıcıları. Bu yetimlərə atalıq etmək Elgünün başının borcu idi...

“Samsung” biçarənin sonuncu divar öpüşməsinə baiskar olan Arif onu ən dəli edən “yetim”lərindən idi. Müraciət formaları da indiki adambezdirən “alimlik” iddiasında olanların fikirlərilə eyniyyət təşkil edirdi. “Salam, ala yetim, nağayrırsan, dur gəl mıxlamağa”.

Buna da bax: Yeqzar Cəfərli "Onun ürəyi..." (Seçmə hekayələrdən)

Bu yetim Elgün mıxlamaqda əməlli-başlı mahir idi. Ən çox sevdiyi vərdişə bənzər adətisə dediyimiz kimi “facebook”dakı statusları və onlara yazılan şərhləri ihtihar düyməsinin köməyi ilə öldürmək idi. Bundan xüsusi zövq alırdı, ayağının altını qazıyan “dost”lar kimi, sevdiyini əğyara satan “qız”cığazlar kimi...

XXIII əsr fəlsəfəsində belə bir deyim var, deyir, “intihar düyməsilə oynama vaxt gələr həmin düymə sənin başına elə oyun gətirər ki, bəxtin ölümlə olum arasında seçim edən insanın taleyinə bənzəyər”...

Elvinin nişan mərasimi təzəcə baş tutmuşdu, ayaq açıb yeriməyə başlayırdı. Qardaşı Elgünün intihar düyməsilə oynaması Elvinə o qədər də maraqlı deyildi. Niyə də olmalıydı axı, sonucda iki insan idilər və düşüncə, azadlıq baxımından da fərqli rakurkslara mənsub idilər. Elvinin uşaq vaxtı qardaşı ilə tez-tez etdiyi bir zarafat var idi. Məqam düşən kimi qardaşını “Quşun oxuyur?” sözüylə sınağa çəkirdi. Bu yumoristik sınağı əvvələr, uşaq, çağa vaxtları Elgün həqiqi quş kimi başa düşürdü, sonradan yaş xüsusiyyətinin genişləyərək təfəkkürü zənginləşdirdiyi zamanların birində Elgün bu quşun mahiyyətini anladı. Daha sonra aralarında müəyyən pərdə yarandığından bu “quş” da öldü. Elvinin nişan mərasiminə qardaşının soyuq münasibətini Elvin paxıllıq kimi vacib keyfiyyətlərlə bağlayırdı. Ona görə ki, deyim biləsiniz, Elvinin sevdiyi qızın, nişanlısının – Məryəmin bir-iki elə-belə (özünün dediyinə görə) “salam”laşdığı oğlanlar olmuşdu. Elgün biraz ciddi və kişilik sindromunun gərəkdirdiyi özəlliklərlə zəngin həyat yaşadığı üçün bu ona çox əcaib və absurd təsir bağışlayırdı. Qızın da ki, maşallah gözü-qaşı, nə bilim filan yer(lər)i əməlli başlı oynayırdı. Elə bil ki, Elvin bunu indicə kiminsə altından çıxarıb gətirmişdi. Dodaqlarına da ki, söz yox. 24 saat öpüş vəziyyətində olan bu dodaqlar artıq selikon kişi dodaqlarını kölgədə buraxmışdı. Elgünün əslində “master 22” adlı nişanı boykot etmək planı da var idi. Lakin sonradan “sən yoluna, mən yoluma” misallı bir şuarla yol alaraq, dərə, təpə düz gedərək fikrindən daşınmışdı.

Son zamanlar Elgündə baş verən qəribə hallar və ehtiraslı yaxınlaşmalar özünü əməllicə biruzə verirdi. Artıq sanki cinsi susuzluğunu doydurmaq üçün dəridən qabıqdan çıxırdı. Amma hər qız onun bu doyumunu təmin etmirdi. Təkcə bir mələyi var idi və nədənsə son zamanlar ancaq onu düşünürdü, onun xəyalıla beynində cürbəcür seksual səhnələr canlandırırdı, müxtəlif pozisiyalara girirdi.

Buna da bax: Yeqzar Cəfərli. Hekayələr

Həmin o mələk gün getdikcə daha da ona yaxınlaşırdı. İstər-istəməz sonda bir həyətdə qalacaqdılar. Nə vaxtsa yetim Elgün yatsaydı yuxusuna belə gəlməzdi ki, Məryəm onun ehtirasının sevgilisi olacaq. Qardaşının canı sağ olsun. Belə oğlanlardan danışın deyim, hə. Elvin hərdən bir özünü kişi cildinə salıb qızın geyiminə qarışaraq bir-iki irad bildirmişdi. Lakin çiy fayda, Elgün də müdaxilə edə bilmirdi, həm sonucda qardaşının adaxlısı idi, həm də qızın belə açıq-saçıq geyinməsi onun ürəyincə idi. Belə olduqda o gizli mənzərələri daha rahat şəkildə beynində canlandıra bilirdi.

Nəyahət, zaman keçdi, qonşunun toyuqlarını oğurladılar, çoban alim oldu, alim kamaza peyin yüklədi, hüquqşünas pəncərə sildi, məşədilər hacı oldu, axır ki, toy yetişdi. İki gözəl və pak-pakizə gənc evlilik həyatına qədəm qoydular. Toy gecəsinə bir-iki həftə qalmış qız təkidlə Elvinə yengə istəmədiyini tapşırmışdı. Lakin Elvin onun “ağzından” vuraraq bunun mümkün olmadğını ona əməllicə sübut etdirməyə və uddurmağa çalışırdı. Elvin istəyirdi ki, bütün qohumlar onun sevgilisinin necə təmiz qız olduğunu bilsinlər. Vaxt vədə yetişəndə Elvin istədiyi nəticəni almayanda az qalmışdı özünü öldürsün, lakin qapıda növbə çəkən biçarə yengənin “tələsin, tələsin” sədalı atmacaları Elvini şikəst etmişdi. Əlini bıçaqla balaca çərtib mələfəyə sürtrək yengəyə vermişdi ki, əl çəksin aparın soxsun kimərinsə gözünə ki...

Bu Elvinin bədbəxtliyi onda idi ki, desəydin, 2 vur 2 edir 5, inanacaqdı. Məryəm də bu 2X2=5 prinsipindən istifadə edərək qızlıq pərdəsinin deşilməsini masturbasiyanın ayağına yıxaraq, barmaqlarını günahkar çıxarmışdı. Oğlan da inanmışdı. İnanmalı idi də. Belə məntiqli faktın qabağında nə etmək olardı axı!!!

Günlər yavaş-yavaş bir-birini “yol”a verir, fırladırdı. Vaxtilə fırladılan və fırlana-fırlana gəlib Elvinin qucağına düşən Məryəm də bu aylarla ortaq idi. Sevgini yataqda şəhvətə qurban verən, sonra sevgi kimi müqəddəs bir qavramı ucuzlaşdıraraq, “indi sevgi yoxdur” deyən boşboğaz qızlar kimi Məryəm də sevginin trayektoriyasını məhz yatağa tərəf sürükləyirdi.

“Backspace” düyməsinin yeni ixtiraçısı Elgünsə Məryəmi çoxdan unutmuşdu. Onun Məryəm tapmağa heç bir problemi yox idi. Seks hekayələri paylaşılan saytlarda çoxlu qızlar öz nömrələrini və son qiymətlərini yazırdılar. Porno hekayə dəlisi olan bu gəncdə qeyd dəftərçəsini fahişəxanaya çevirmişdi. Burda daha “backspace” düyməsi işləmirdi. Statuslar silinirdi, “like”lər, “unlike” edilirdi, amma fahişələr “Unfahişə” edilə bilmirdi. Xeyir güdmək xatirinə düşməninə dost kimi baxan insanlar kimi Elgün də bu cür yaşayırdı. Bizə görə qafil, axmaq, gerilikçi, özünə görəsə ağıllı, müdrik yenilikçi idi.

Buna da bax: Krediti ödəyə bilməyən neynəsin, ölsünmü?

Məryəm Elvinə hamilə olduğunu xəbər verəndə Elvinin sevincdən gözü yaşarmışdı. Məryəmi elə sıxmışdı ki, az qalmışdı uşaq vaxtsız doğula. Məryəmsə çox üzgün və əhvalsız görünürdü.

Elvin ondan soruşanda:

-Həyatım, üzgün görünürsən? Nəsə olub? Bəlkə ağrıyırsan?

Məryəm bir söz tapa bilməyəcəyini yəqin edib mətləbdən uzaqlaşmağa çalışırdı.

-Yox canım sadəcə şokdayam. Ona görə.

Məryəmin “şok” olmağı yarızarafat, yarıgerçək, yarıöngörücü sonda həqiqətə çevrildi. Onun qışqırtısı göyə çəkilirdi. Mətbəxdə tavanda Elgünün meyidi asılmışdı, ovucunun içindəsə “Axır ki, intihar düyməsini basdım” sözləri...

XS
SM
MD
LG