Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:36

‘Qurtuluş-93’ün sahibsiz itləri


Sahibsiz itlər.
Sahibsiz itlər.

“İt hürüşməsindən səhərədək rahatlığımız yoxdur. Sahibsiz itlər dörd tərəfdən yaşayış kompleksini əhatələyib. Uşaqları həyətə buraxa bilmirik”.

Masazır qəsəbəsindəki “Qurtuluş-93” yaşayış kompleksinin sakinlərini sahibsiz itlər təngə gətirib. Sevil Məmmədsalahova AzadlıqRadiosu-na sahibsiz itlərin ərazidə yaşayan insanlara göz açmağa imkan vermədiyini deyir.

Buna da bax:​ Sahibsiz itlər paytaxt sakinlərini vahiməyə salıb

İTLƏR UŞAQLARA HÜCUM EDİR

Səhər binadan çıxanda sakinləri ilk qarşılayan it sürüsü olur. Binaların, əsasən, azyaşlı sakinləri tez-tez itlərin hücumuna məruz qalır.

Yaşayış kompleksinin başqa sakini Fuad Əliyev deyir, dəfələrlə kompleksin komendantına bildirilsə də, sahibsiz itlər ortalıqdan yığışdırılmır:

“Biri ölməsə, biri dirilməz. Gərək bu itlər bir-iki uşağı qapsın, ölüm-itim baş versin, ondan sonra əl-ayağa düşsünlər”.

Buna da bax:​ İki itə, bir pişiyə ayda 150 manat xərcləyirəm'

ZİBİLLİKLƏR ARTDIQCA, İTLƏR DƏ ARTIR

Sakinlər sahibsiz itlərin artmasını ərazidə zibilliklərin çoxalmasıyla əlaqələndirirlər. İtlər daha çox zibillik ətrafına toplaşır. Zibilliklərin yaxınlığından ötüb keçmək təhlükəli olub.

Abşeron rayon icra Hakimiyyətindən “Qaynar xətt”ə bildirilib ki, Masazırda qeyd olunan ünvanda sahibsiz itlərin çoxalması ilə bağlı məlumat daxil olmayıb: “Araşdırarıq, əgər belə bir məsələ varsa, aidiyyəti qurumlara məlumat verərik. Ancaq indiyədək belə bir şikayət gəlməyib”.

Buna da bax: Əgər səni heyvan dişlədisə, hansı həkimə müraciət etməlisən

“Qurtuluş-93”ün sakinləri sahibsiz itlərdən qurtulacaqları günü səbirsizliklə gözləyirlər.

Buna da bax:

Özünə sahib axtaran itlər
Gözlə

No media source currently available

0:00 0:01:27 0:00

XS
SM
MD
LG