Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:52

'Nardaran-2 işi': 'Bu, dana satıb işə düzələnlərin hazırladığı ittihamdır'


"Nardaran işi" məhkəməsinin qarşısı
"Nardaran işi" məhkəməsinin qarşısı

"Mən tutulandan sonra bildim ki, Azərbaycanda sonradan silaha çevrilən telefonlar varmış. Yəqin analoqsuz inkişafın nəticəsidir" - Nardaran hadisələrindən sonra həbs olunmuş qəsəbə sakini Əli Şahbazovun sözləridir.

O, yanvarın 13-də keçirilən məhkəmədə özünü təqsirli bilib-bilmədiyi barədə sualı cavablayarkən belə deyib.

Nardaran hadisələrinə görə həbs edilmiş Əli Şahbazov məhkəməsi gedən 2-ci qrupun tərkibində mühakimə olunur. Müsəlman Birliyi Hərəkatı sədrinin müavini Elçin Qasımov da daxil, 12 nəfərin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Mayıl Bayramovun sədrlik etdiyi hakimlər kollegiyası baxır.

Buna da bax:​ Yeni - 3-cü Nardaran məhkəməsi başlayır

"Mənim işimə baxmasın"

Bugünkü (yanvarın 13-dəki) iclasda təqsirləndirilən şəxslərdən Vüsal Alış məhkəmə işinə Mayıl Bayramovun baxmasına etirazını bildirib. O deyib ki, bu hakimin icraatındakı işlərə qərəzli baxıb, ədalətsiz qərarlar çıxarması haqda onda məlumat var.

Kollegiyaya daxil olan digər iki hakim - Rahib SalmanovSamir Əliyev etiraza baxsalar da, onun baxılmamış saxlanmasına qərar veriblər.

"Qumbaranı televizorda görəndə əl-ayağım əsir"

Buna da bax:​ 'Bir gün Əliyev hakimiyyətinə xidmət edib çöldə olmaqdansa...'

Ardınca prokuror ittiham aktını açıqlayıb. Məlum olub ki, hakim önünə çıxarılan 12 nəfər dövlətin konstitusion quruluşunu zorla dəyişmək, dövlət çevrilişi hazırlamaq məqsədilə tərəfdar toplayıb, silahlanmaqda suçlanır. Onlara terrorçuluqdan tutmuş, hakimiyyət nümayəndəsinə müqavimət göstərmək və qanunsuz silah saxlamağadək 10-dan çox maddə ilə ittiham verilib.

İttiham aktının elanından sonra hakim müttəhimlərin hər birindən özlərini təqsirli bilib-bilmədiklərini soruşub. Bu zaman hakimlə Taleh Bağırovun müavini Elçin Qasımov arasında belə bir dialoq olub:

- Məsələn, terrorçuluq, silah saxlama maddələri ilə özünü təqsirli bilirsən?
- Sizcə, mən bu suala nə cavab verə bilərəm?
- De ki "yox".
- Cənab hakim, görürsünüz... Özünüz də başa düşürsünüz ki, yalandır. Heç bir maddə ilə özümü təqsirli bilmirəm.

Buna da bax:​ Taleh Bağırzadəyə məktub: 'Səni ömürlük zindana məhkum etmək istəyənlər...'

Təqsirləndirilən şəxslərdən Əli Şahbazov həmin sualı cavablarkən deyib ki, həbs olunan zaman cibində iki telefon olub. Amma cinayət işinin materiallarında üstündən iki qumbara çıxdığını yazıblar: "Azərbaycanda telefonları qumbara çevirənlər də varmış".

“İki dana satıb işə düzələnlərin hazırladığı ittiham”

Seyfəddin Şirvanovsa bildirib ki, təqsirli bilir, amma özünü yox, saxta ittihamları düzüb-qoşanları.

"Mənim həbsimdə bir təqsirkar var - o da Lənkəranın icra başçısı Qaraşovdur. Bu maddələr ona yaraşar", - təqsirləndirilən İsa İbrahimovun sözləridir.

Buna da bax: 'Məni İlham Əliyev eşitsin, dövləti çevirən onun özüdür'

Ağaəli Yəhyayev də ona verilmiş ittihama etiraz edib: "Bu cinayət işini oxuyan ağlıbaşında adamlar başa düşür ki, iki dana satıb işə düzələnlərin hazırladığı ittihamlardır".

Təqsirləndirilən Əmirəli Əliyev qumbaranı televiziyada görəndə əl-ayağının əsdiyini deyib: “amma ittihamda yazıblar ki, tutulanda üzərindən qumbara tapılıb”.

Məhkəmə yanvarın 19-da təqsirləndirilən şəxslərin ifadələriylə davam edəcək.

Xatırlatma

Elçin Qasımov 2015-ci il noyabrın 5-də tutulub. O, öncə İnzibati Xətalar Məcəlləsinin 310-cu (polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə 30 sutka inzibati həbs cəzası alıb. Daha sonra haqqında cinayət işi başlanıb. Elçin Qasımov və onunla birlikdə hakim önünə çıxarılanlar terrorçuluğa çağırış, hakimiyyət nümayəndəsinin tələblərinə tabe olmama, kütləvi iğtişaşların təşkili, silah-sursat saxlama və başqa əməllərdə suçlanırlar.

Buna da bax:​ 'Ağır cəza bizi mübarizəmizdən döndərməyəcək'

Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırov 2015-ci ilin noyabrın 26-da Nardaranda keçirilmiş əməliyyat zamanı həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov və onunla birlikdə mühakimə olunan 17 nəfərin məhkəməsi davam edir. Prokuror Taleh Bağırova ömürlük həbs cəzası istəyib.

Buna da bax:

'Biz bu hakimiyyətə yox, Allaha ümid edirik'
Gözlə

No media source currently available

0:00 0:03:02 0:00

XS
SM
MD
LG