Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 14:36

'Shamkir Capital Group' adını və rəhbərini dəyişdi


Synergy Group.
Synergy Group.

Ötən həftə Şəmkir şəhərində fəaliyyət göstərən və «Synergy» şirkətlər qrupunun qurduğu biznes stukturlarını özündə birləşdirən «Shamkir Capital Group» MMC adını dəyişib.

İndən belə «Synergy Capital Group» adıyla fəaliyyət göstərəcək qrupun rəhbəri də dəyişib. Qrupun əvvəlki rəhbəri Araz Paşayevi Turan Saidov əvəzləyib.

Buna da bax:​ 'Akkord' korporasiyası genişlənir

Şəmkirin ən iri sərmayəçisi

2014-cü ilin noyabrında 200 min manat kapitalla yaradılan «Synergy Capital Group» MMC-nin nizamnamə kapitalı hazırda 1 milyon 660 min manatı ötüb.

«Synergy» şirkətlər qrupu investisiyalarının böyük bir bölümü Şəmkir rayonuna yatırılıb. Burada çoxsaylı istirahət və iaşə obyektləri («Tut dibi» kafesi, «Borçalı» restoranı, «Annenfeld Pub and Restoran», «Abidələr Park Cafe», «ŞəmŞirin» şirniyyat evi, «Şəmburg» Fast Food), 152 attraksion, «Buz Meydançası» və «Ice Cafe»dən ibarət «Shamkir City Park» istirahət məkanı, eləcə də «Green Park Shamkir» fəaliyyət göstərir. «Westgate» ticarət cərgəsi, «Nəfis» çörək zavodu, «Excelsior Hotel Shamkir» mehmanxanası, Zəyəm Texnologiyalar Parkı, Şəmkir Aqroparkı, «Azagro» gülçülük təsərrüfatı «Zəka» Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzi, «Kids Academy» uşaq bağçası da bu rayondadır.

Buna da bax: Üç tanınmış şirkət birləşməkdən imtina etdi

«Synergy» şirkətlər qrupunda da dəyişiklik var

Ölkənin ən iri investisiya şirkətlərindən biri statusuna iddia edən «Synergy» şirkətlər qrupu bu yaxınlarda Müşahidə Şurasına üzv sayının 3-ə çatdırıldığını açıqlayıb. Bu vəzifəyə təyin olunan Rauf Səfərov eyni zamanda «Azerbaijan Global İnvestments» MMC-nin icraçı direktorudur. Azərbaycanda onlarla şirkətə və banka sahib olan «Synergy Group»un MMC Monteneqro iqtisadiyyatına sərmayə yatıran həmin şirkətdə də 32 faiz payı var.

Ötən il qrupa bağlı 13 şirkət «Comos» və «Trade Market» MMC-lərə qoşularaq, fəaliyyətlərini dayandırdıqlarını elan ediblər.

Buna da bax:​ «Synergy Group» MMC-yə vergidən gələn var...

Dinamik inkişafda olan şirkət

Qrupa daxil şirkətlərin böyük əksəriyyəti Bakıda qeydiyyatdan keçib. Son vaxtlar «Synergy» ölkənin ən iri templə inkişaf edən maliyyə-sənaye holdinqlərindən birinə çevrilib. Ötən ilin noyabrında yaradılan və toplam kapitalı 41 milyon manatı aşan 5 şirkəti («Protinus», «Hector», «Rock.», «Angelus» və «Afam Group») xatırlamaq yetər.

Yeddi il öncə qurulan qrupda, formal sənədlərə əsasən, payların 99 faizi «AtaBank» ASC Müşahidə Şurasının sədri Əşrəf Kamilova məxsusdur. Bu da var ki, yerli media şirkətlər qrupunun son sahibinin vergilər naziri Fazil Məmmədov olduğunu yazır. Bu iddialara nə bir müddət Vergilər Nazirliyində işləmiş Əşrəf Kamilov, nə də nazir Fazil Məmmədov hər hansı münasibət bildirib.

Buna da bax:​ Azərbaycanın 4 böyük şirkətini bağlayan "gizli tellər"- [Araşdırma]

Qrupun indiki icraçı direktoru İsmayıl Süleymanov 2012-2016-cı illərdə Vergilər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.

XS
SM
MD
LG