Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:43

Moskva meri Putinin keçmiş arvadının fondunu "saxlayır"?


Vladimir Putin arvadı Lyudmila ilə, 2007.
Vladimir Putin arvadı Lyudmila ilə, 2007.

Rusiyanın "Dojd" telekanalı xəbər verir ki, prezident Putinin keçmiş arvadı Lüdmila ilə əlaqəli ictimai fond Moskva meriyasından 250 milyon rublluq (təxminən 4,3 milyon dollar) qrant alıb.

Bu barədə sərəncamı mer Sergey Sobyanin imzalayıb.

"Dojd"un məlumatına görə, bu pul fonda "2012-2018-ci illərdə Moskva sakinlərinin sosial müdafiəsi" proqramı çərçivəsində ödənib.

Fondun rəhbəri Artur Oçeretnıdır. Rus mətbuatı yazır ki, o, Lüdmilanın təzə əridir.

Fond haqqında məlumat çox deyil. Məlumdur ki, fondun Moskvada qərargahı var. Saytında isə fondda baş tutan müxtəlif tədbirlər, oxunan mühazirələrin biletləri satılır.

Mühazirələr insanın qorxu hissini necə üstələyə bilməsi haqdadır.

Amma müstəqil jurnalistlər fondda doğrudan da hansısa ciddi ictimai fəaliyyətin olmasına şübhə edirlər.

Putinin keçmiş arvadının adına "İnteryer-servis" adlı şirkət qeydiyyatdan keçib. Onun isə "Meridian" adlanan törəmə şirkəti var. Bu şirkət Moskvada daşınmaz əmlak kirayə verməklə məşğuıdur.

Moskva dünyanın ən bahalı şəhərlərindəndir və kirayə haqqı çox bahadır.

Putin bir neçə il əvvəl arvadı Lüdmila ilə "dostcasına" ayrıldığını bəyan edib. Onların iki qızı var.

Buna da bax: Putinin qızları necə milyarder oldu

XS
SM
MD
LG