Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 19:42

Maaş yenə qonşu ölkələrdəkinə çatmır


arxiv
arxiv

2017-ci ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2016-cı ilin müvafiq dövrünə nisbətən 5,1 faiz artaraq 504,8 manat olub.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, əmək haqqı neft sektorunda 3174 manat, qeyri-neft sektorunda 441 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əmək haqları 378 manat, özəl müəssisələrdə çalışan işçilərin əmək haqları 684 manat olub.

Əvvəla, bu maaş statistikası doğrudurmu? Neft sahəsində doğrudanmı orta maaş 3174 manatdır? Cəmi 3 il qabaq – hələ böhran olmayanda burda orta aylıq maaş 1756 manat idi. O vaxtdan xeyli hadisə olub, neftin qiyməti aşağı düşüb, iqtisadi çətinliklər yaranıb, neft sektorunda maaşlar isə 2 dəfə qalxıb.

İkincisi, Azərbaycanda bu artımdan sonra da,maaş dolanmağa çatırmı? Və yenə orta maaş qonşu ölkələrdən azdırmı? Müxtəlif ölkələrdə orta maaşın hesablanması qaydaları ətrafında mübahisə olsa da, yenə də müqayisə maraqlıdır. Statistsik məlumat saytı NUMBEO-ya görə, Ermənistanda hazırda orta aylıq maaş dollara çevirəndə 295 dollar, Gürcüstanda 281 dollar, Azərbaycanda 252 dollardır.

Iqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, Statistika Komitəsinin dediyi real yox, nominal rəqəmlərdir. Onun bildirdiyinə görə, ölkədə ikirəqəmli inflyasiya baş verdiyinə görə insanların nominal gəlirləri artsa da, real gəlirləri əksinə azalıb. İqtisadçı ekspert həmçinin qeyd edir ki, orta aylıq əmək haqqının hesablanmasına gəldikdə,Dövlət Statistika Komitəsinin hesablama qaydaları beynəlxalq qaydalara cavab vermədiyindən Azərbaycanda bu göstəricilərdə müəyyən qədər yüksək rəqəm alınır.

Ekspert deyir ki,manatın məzənnəsinin oynamasını nəzərə alsaq, xeyli aşağı rəqəm alınar.Natiq Cəfərlinin sözlərinə görə, Azərbaycanda orta aylıq əmək haqqı Qafqaz ölkələrindən,keçmiş postsovet ölkələrindən aşağı səviyyədədir.

Natiq Cəfərli: "maaşlar yenə qonşulardan azdır"
Gözlə

No media source currently available

0:00 0:02:28 0:00

İqtisadçı ekspert Qubad İbadoğlu bildirir ki, Azərbaycanda çalışanların 80 faizinin əmək haqqı orta aylıq əmək haqqından aşağıdır. Onun sözlərinə görə orta aylıq əmək haqqının yüksək göstərilməsinin səbəblərindən biri neft sektorunda və bank-maliyyə sektorunda əmək haqqlarının yüksək olması ilə əlaqədardır.

Ekspert deyir ki, devalvasiya nəticəsində xarici şirkətlərdə çalışan, dollar ekvivalenti qarşılığında manatla əmək haqqı alan şəxslərin aldıqları da, əmək haqqının artımı kimi şərtləndirilir və bu orta aylıq əmək haqqının hesablanmasına təsir edir. Qubad İbadoğlu onu da deyir ki, əsasən dövlət sektorunda çalışanların aldıqları, bundan başqa orta aylıq əmək haqqı səviyyəsində maaş alanların məvacibləri onların sosial xərclərini ödəmək iqtidarında deyil.

Qubad İbadoğlu: "... 80 faizinin əmək haqqı orta aylıq əmək haqqından aşağıdır"
Gözlə

No media source currently available

0:00 0:01:23 0:00

Keçmiş maliyyə naziri Fikrət Yusifov orta aylıq əmək haqqınının rəqəmlərində göstərilən artımları real artım hesab edir. Amma ekspert neft sektorunda çalışanların göstərilən əmək haqqına fərqli yanaşmağı təklif edir.

Onun sözlərinə görə neft sektorunda bəzi işçilərin əmək haqqı yüksək olduğu üçün həmin sahədə çalışanların orta aylıq əmək haqqının göstəricilərinə təsir edir. Fikrət Yusifov həmin statistikada göstərilən digər sahələrlə bağlı rəqəmləri real qəbul etdiyini deyir.

Fikrət Yusifov: "Artım realdır"
Gözlə

No media source currently available

0:00 0:02:06 0:00

XS
SM
MD
LG