Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:50

AŞPA prezidentinin ruslarla Suriyaya səfəri başına iş açdı


Pedro Agramunt
Pedro Agramunt

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bu gün, aprelin 24-ü başlayan növbəti sessiyası qalmaqallı olub. Deputatlar elə açılış toplantısında AŞPA prezidenti Pedro Agramunt-a (Aqramunt) etimadsızlıq göstərilməsini tələb ediblər.

Verilən xəbərlərə görə, AŞPA sessiyası prosedura uyğun olaraq, prezident P.Aqramuntun çıxışı ilə başlayıb. Ancaq AŞPA-da bir çox deputat onun çıxış etməsinə imkan verməyib.

Buna da bax:​ “Strasburqda Azərbaycanla bağlı rüşvət qalmaqalı müzakirə olunacaq”

Əsasən, Böyük Britaniyadan, Estoniyadan, Avstriya və Litvadan olan deputatlar P.Aqramuntdan çıxışını dayandırıb, istefa verməsini tələb ediblər.

Böyük Britaniyadan olan deputatlar AŞPA prezidentinin bir ay əvvəl Rusiyanın Dövlət Dumasının nümayəndə heyəti ilə birlikdə Suriyaya səfər etməsini, orda bu ölkənin prezidenti Bəşər Əsədlə görüşməsini yada salaraq, onun bu addımını sərt tənqid ediblər.

Narazılar deyib ki, P.Aqramunt sadəcə, deputat deyil, AŞPA-nin prezidentidir. Onlar hesab edib ki, AŞPA prezidentinin Suriyaya səfər etməsi heç bir ölçüyə sığmayan addım olub.

Buna da bax: Agramunt Qarabağdan danışıb

Sessiyaya qatılan deputatların əksəriyyəti AŞPA prezidentindən zalı tərk etməsini tələb ediblər.

P.Aqramunt Suriyaya səfərin yanlış addım olduğunu anladığını deyib, deputatlardan üzr istəsə də etirazlar səngiməyib. P.Aqramunt iclas zalını tərk etməli olub.

Bir neçə dəqiqəlik fasilədən sonra sessiyanın açılış toplantısı işini davam etdirib. Ancaq toplantıya prezident yox, vitse-prezident sədrlik edir.

Buna da bax:​ Suriya hərbi təyyarələrini Rusiya bazasının yaxınlığına köçürüb

AŞPA-dan bildirildiyinə görə, sessiya çərçivəsində xüsusi toplantı keçirilməlidir. Həmin toplantıda P.Aqramuntun məsələsi müzakirə ediləcək və onunla bağlı yekun qərar veriləcək.

Pedro Aqramunt İspaniyanı təmsil edir. O, Avropa Xalq Partiyası qrupunun üzvüdür.

P.Aqramunt 2016-cı ilədək AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi olub. O, 5 il bu statusda çalışıb.

P.Agramunt-un 2016-cı ilin əvvəlində AŞPA prezidenti seçilib.

XS
SM
MD
LG